Icma.az
close
up
RU
“Üzeyir Hacıbəyli müasirlərin düşüncəsində” kitabının təqdimatı keçirilib

“Üzeyir Hacıbəyli müasirlərin düşüncəsində” kitabının təqdimatı keçirilib

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 27 sentyabr, AZƏRTAC

Dahi sənətkarımız Üzeyir Hacıbəylinin irsi daim tədqiqatçıların diqqət mərkəzindədir. Ölməz sənətkarın anadan olmasının 140 illik yubileyində bu tədqiqat işlərinə daha yeniləri əlavə olundu. XVII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən tədbirlərdə Üzeyir bəyə həsr olunan bir neçə yeni musiqi əsərləri və tədqiqat işləri təqdim edildi. Bu mənada Azərbaycan Bəstəkarlar İttifaqında Üzeyir bəyə həsr olunan yeni və maraqlı bir kitabın təqdimatı keçirildi. Bu, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızının tərtibçi-müəllif olduğu “Üzeyir Hacıbəyli müasirlərin düşüncəsində” kitabıdır.

Bu barədə AZƏRTAC-a Azərbaycan Bəstəkarlar İttifaqından məlumat verilib.

Qeyd edək ki, bu kitabın I cildi 2016-cı ildə Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən nəşr edilib. Kitabda müxtəlif elm və incəsənət xadimlərinin Üzeyir bəy haqqında düşüncələri öz əksini tapıb. Təqdim olunan II cild də eyni qəbildəndir. Təbii ki, burada I cilddən fərqli başqa müəlliflərin məqalələri yer alıb.

Azərbaycan Bəstəkarlar ittifaqında keçirilən təqdimat mərasimi dahi Üzeyir Hacıbəylinin yadigar videoyazısı və Ulu Öndər Heydər Əliyevin Üzeyir Hacıbəyli haqqında fikirlərini əks etdirən videoçarxla başlayıb.

Təqdimatı giriş sözü ilə açan Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadə Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının dahi sənətkarın irsinin təbliğində mühüm əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayıb. Firəngiz Əlizadə festival çərçivəsində Bəstəkarlar İttifaqının keçirdiyi tədbirlər haqqında danışaraq hər il bəstəkar və musiqişünasların Üzeyir bəy irsinə dair yeni əsərlər, kitablar qələmə aldığını diqqətə çatdırıb. Həmçinin Firəngiz Əlizadə belə nəfis şəkildə nəşr olunmuş kitabların Azərbaycan musiqi mədəniyyəti üçün mühüm əhəmiyyətini qeyd edib.

Tədbirdə Əməkdar incəsənət xadimləri, professorlar Gülnaz Abdullazadə, Həcər Babayeva, Faiq Nağıyev və Elnarə Dadaşova kitab haqqında fikirlərini bölüşərək Səadət Təhmirazqızının bir musiqişünas olaraq geniş fəaliyyətindən söhbət açıblar.

Tədbirin bədii hissəsində Ü.Hacıbəylinin “Şəfqət bacısı” (söz: Səməd Vurğun, Oxuyur: Əməkdar artist Gülüstan Əliyeva, Müşayiət edir: Beynəlxalq müsabiqələr laureatı Lalə Xəlilli), “Arşın mal alan” operettası əsasında bəstəkar, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevda Məmmədlinin fortepiano üçün işləmələri (İfa edir: müəllif), “Arşın mal alan” operettasından Əsgərin ariyası (İfa edir: AMK-nın I kurs tələbəsi Mikayıl Nəsirov, Konsertmeyster: Rəhimə Qurbanova), “Koroğlu” operasından Xanəndə qızın mahnısı (İfa edir: AMK-nın IV kurs tələbəsi Günel Əsədova, Konsertmeyster: Vəfa Əzizova), “Çağırış” (İfa edir: Q.Qarayev adına Mərkəzi İncəsənət məktəbinin IV sinif şagirdi Əli Nurullayev, Müşayiət edir: Mətanət Nurullayeva) əsərləri səslənib.

Təqdimatın aparıcısı müəllif, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Sentyabr 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

10 Noyabr 2025 14:10see601

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see202

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see136

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see133

Əsl zeytun yağını saxtasından ayırd etmək üçün DÖRD ÜSUL

10 Noyabr 2025 14:49see130

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see130

Beş ildə Zəfərlə bağlı hansı kitablar yazılıb? AYB dən CAVAB

10 Noyabr 2025 10:10see130

“Öz özümə düşünürdüm: bu nə vaxt bitəcək?” Azərbaycan millisinin sabiq futbolçusunun ə MÜSAHİBƏSİ + FOTO

10 Noyabr 2025 12:07see130

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see128

Bazar yanır SON DƏQİQƏ

10 Noyabr 2025 22:37see128

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see125

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see123

Narsissləri necə tanımaq olar? Psixoloqlar danışdı

10 Noyabr 2025 14:48see123

“Tofaş”la avtoxuliqanlıq etdi, videosunu sosial şəbəkədə paylaşdı

11 Noyabr 2025 03:54see123

Xankəndi dən növbəti darmadağın VİDEO

10 Noyabr 2025 22:51see123

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see122

ABŞ və Rusiyanın müharibə RİTORİKASI Nüvə təhdidlərinin arxasındakı İQTİSADİ MARAQLAR

10 Noyabr 2025 15:01see121

Stolüstü tennis yığmamız İslamiadada bürünc medal qazandı FOTO

10 Noyabr 2025 13:51see121

Azərbaycandan Avropaya tədarük üçün sifariş edilən qazın HƏCMİ

10 Noyabr 2025 10:15see120

“Müharibənin üçüncü günü anladım ki, uduzacağıq” Koçaryan Paşinyanı ittiham edib

10 Noyabr 2025 13:43see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri