Icma.az
close
up
RU
Türkiyə 1991 ci ildə edilən səhvin bədəlini ödəyir Ağar SDG Dəməşq sazişinin şifrələrini açdı

Türkiyə 1991 ci ildə edilən səhvin bədəlini ödəyir Ağar SDG Dəməşq sazişinin şifrələrini açdı

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dəməşqə aid qüvvələr Hələbdən başlatdığı əməliyyatla sürətlə irəliləyərək əvvəlcə Fərat çayının qərbindəki ərazini SDF/PKK terrorçularından təmizlədilər. Daha sonra keçə bilməyəcəkləri deyilən (və mənim də keçə bilməyəcəklərini düşündüyüm) Fərat çayını tez keçərək çayın qərbindəki ərəb hövzələrini ələ keçirdilər. Bu, böyük uğurdur. Lakin, niyə bu saziş tam da SDG/PKK-nı hərbi əməliyyat yolu ilə tamamilə məhv etmək imkanı yarandıqda imzalandı?

SDG-Dəməşq sazişi terrorizmə son qoymur, SDG/YPG/PKK-nı ləğv edən bir sənəd də deyil. Lakin bu, SDG/YPG-ni daha müdafiəsiz, daha aşkar, ABŞ-ı daha məsuliyyətli və Dəməşqi daha asılı vəziyyətə salan bir çərçivə təklif edir. Düzgün yanaşma ilə bu mətn SDG/YPG üçün qoruyucu qalxandan uzunmüddətli sıxışdırılma çərçivəsinə çevrilə bilər. Lakin mətn yanlış şərh olunarsa, dövlət daxilində daimi bir təhdidə çevrilər.

Müqavilədə qeyri-müəyyən məqamlar və boşluqlar var. SDG/YPG/PKK dağılmır, silahlarını yerə qoymur, ABŞ geri çəkilmir, İraq xətti kəsilmir və kürd kimliyinin istismarı davam edir. Yalnız Ərəb hövzələri tərk edilir. Kürd hövzələri isə dövlət adı altında qorunur. Bu, inteqrasiya müqaviləsi deyil, YPG/SDG-nin dövlət daxilində möhkəmləndirilməsi üçün sənəddir.

Türkiyə üçün bu mətn “rahatlayın” mesajı deyil, “həyəcan siqnalını artırın” mesajı olmalıdır. Bu, dövlət daxilində yerləşdirilmiş, ideoloji davamlılığa malik, silahlı kadr quruluşu olan paralel dövlətdir. Deyirlər ki, “Dəməşq bu prosesdə bunları etdi, siz də “Terrorsuz Türkiyə” prosesində bunları etməlisiniz”. Bu, Apo, DEM və Qəndilin tələblərinin qəbul edilməsinə məcburetmə, konstitusiyanın dəyişdirilməsini, yerli administrasiyaların gücləndirilməsini və kürd dilinin rəsmi dil kimi qəbul edilməsini əhatə edir. Bu belə oxuna bilər: “SDG artıq yoxdur, onun yerində dövlət var”. Bununla beynəlxalq ictimai rəy sakitləşdirilir və Türkiyəyə də təzyiq göstərilir: “Artıq əməliyyata ehtiyac yoxdur.”

Həmçinin YPG kadrları dövlətə inteqrasiya olunur, onlar rütbə, maaş və logistika alırlar, yerli administrasiyalar qorunur və silahlı ideologiya rəsmiləşdirilir. Türkiyəyə təzyiq göstərilir: “Dövlətə hücum edəcəksən?” Əsl hədəf budur. Türkiyəyə Suriyadan çıx deyilir: Artıq sənə ehtiyac yoxdur, əməliyyat bölgələrini tərk etməyin vaxtı gəldi deyilir.

Türkiyə açıq şəkildə bəyan etməlidir: “Silahını yerə qoymayan, İraqla əlaqələrini kəsməyən və ABŞ-ın himayəsi altında olan heç bir struktur qanuni deyil”. Bu struktur zaman qazanmağa çalışır. Türkiyə gözləyən deyil, vəziyyəti idarə edən tərəf olmalıdır. Bu sənəd Türkiyə üçün “ertələnmiş təhdid”dir. Bu hələ son deyil, yalnız səhnə dəyişib.

2019-cu ildə həyata keçirilən “Barış Pınarı” əməliyyatının əhəmiyyətini bu gün daha yaxşı başa düşmək olur. İstər qəbul edin ya da etməyin, Prezident Ərdoğanın həmin gün müəyyən etdiyi hədəf ən düzgün hədəf idi: 432 km enində – 30 km dərinliyində. Əgər həmin hədəfə o vaxt nail olunsaydı, SDG/PKK terror təşkilatı Ərəb hövzəsinə doğru sıxışdırılacaq, orada qala bilməyib boğulacaqdı. O vaxt 130 km enində – 30 km dərinlik hədəfi ilə kifayətlənənlər, “Əməliyyat yarımçıq qaldı” dediyimə görə mənə hücum çəkmişdilər.

Bu gün gəldiyimiz nöqtədə; Dəməşq rejimi tərəfindən həyata keçirilən əməliyyat Ərəb hövzələrini təmizlədi, lakin SDG/PKK-nı kürd hövzələrinə doğru sıxışdırdı. Nəticə olaraq tam əksi baş verdi. Bu andan etibarən SDG/PKK-nın sadəcə ərəb hövzələrindən geri çəkilməsi kifayət deyil. Onlar əsas möhkəmləndikləri Haseke – Ayn əl-Ərəb – Qamışlı – Amude – Derik hövzələrini tərk etməli, silahlarını yerə qoymalı və təslim olmalıdırlar.

Türkiyə siyasəti indi düzgün yola dönməlidir. 1991-ci ildə edilən səhvin bədəli ağır oldu. Parlamentə daxil olan terror əvvəlcə kütləyə, sonra isə Cümhuriyyət tarixindəki ən böyük üsyana çevrildi.

Terrorla əlaqəsi olmayan hər bir kürd qardaşımız başımızın tacıdır. Dövlətdə, orduda və siyasətdə bizim yanımızda yer alırlar; canı canımızdan qanı qanımızdandırlar.

Müəllif: Bahçeşehir Universiteti Strateji Araşdırmalar Mərkəzi (BAU SAM) başqanı, terror və təhlükəsizlik məsələləri üzrə ekspert Abdullah Ağar

Tərcümə etdi: Gülnar Səlimova

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:78
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 Yanvar 2026 21:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see162

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see129

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see127

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri