Türkiyə Azərbaycana tekstil məhsulları ixracını artırıb
Icma.az, Aznews.az portalına istinadən məlumat verir.
Bu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyədən 7,981 milyon ABŞ dolları dəyərində tekstil məhsulları idxal edib.
Aznews.az Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 16,7 % çoxdur.
Təkcə fevralda isə Türkiyə Azərbaycana 4,069 milyon ABŞ dolları dəyərində tekstil məhsulları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 35,5 % çoxdur.
İki ayda Türkiyənin tekstil məhsulları ixracının ümumi dəyəri illik müqayisədə 0,5 % azalaraq 1 milyard 586 milyon ABŞ dollarına, fevralda isə 6,2 % azalaraq 760 milyon ABŞ dollarına düşüb.

Türkiyə Azərbaycana tekstil məhsulları ixracını artırıb
31 Mart 2025 17:31
Misir Azərbaycana maşınqayırma sənayesi məsullarının ixracını artırıb AZƏRTAC
01 Yanvar 2025 19:47
Türkiyə XİNdən Azərbaycana TƏBRİK
17 Noyabr 2024 11:15
Türkiyə hərbçiləri Azərbaycana gəliblər
01 Mart 2025 14:25
