Sakinlər binanın qarşısındakı yolu betonla bağlayıblar ŞİKAYƏT VİDEO
Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Sürücülük təlimçisi Arzu Babazadə Bakıda binanın həyətində yolun kəsilməsi ilə bağlı redaksiyamıza məlumat ünvanlayıb. Avtosfer.az xəbər verir ki, videogörüntü paytaxtın Süleyman Sani Axundov 415 ünvanında qeydə alınıb. Sakinlər binanın qarşısından keçən yolun ortasına beton sədlər qoyaraq avtomobillərin hərəkətini məhdudlaşdırıb. Arzu Babazadə bildirir ki, tıxac vaxtı alternativ yol kimi binanın qarşısından istifadə etmək istəyirsən, lakin gəlib bu beton maneələrlə üzləşirsən. O qeyd edib ki, həmin ərazidə digər binaların qarşısı da eyni vəziyyətdədir.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 354.0.4-cü maddəsinə əsasən, yolların hərəkət hissəsində sədlərin, şlaqbaumların qurulmasına və nəqliyyat vasitələrinin hərəkətinin başqa üsullarla kəsilməsinə, yaxud nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə maneələr yaradılmasına görə, fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.
Fərid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 02 Aprel 2025 09:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















