Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Çörəklərin içində narkotik gizlətdilər

Türkiyə Azərbaycanın COP29 uğurunu qardaş sevgisi ilə izləyir

Türkiyə Azərbaycanın COP29 uğurunu qardaş sevgisi ilə izləyir

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

“Mənim Azərbaycan sevgim haradan başlayır? Bəlkə, rəhmətlik Əhməd Cəfəroğlunun Aşıq Qərib haqqında məqaləsindən, ya da Molla Nəsrəddindən, Koroğludan, Tahir və Zöhrədən? Ola bilsin, yadımdan çıxan, amma içimdə yaşayan yüzlərlə ortaq dəyərdən. Düzü, bunu dəqiq söyləmək bir az çətinlik yaradır. Azərbaycan sevgisi böyük Türk dünyasının önəmli bir parçası olaraq həmişə içimdə göyərib, boy atıb. Qardaş ölkəyə hər gəlişim, insanlarla əlaqələrim və dostluğum bu bağlılığı daha da gücləndirib, zənginləşdirib. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası kimi mötəbər toplantıda Bakının evsahibliyi etməsi bu qürur və sevincimi dəfələrlə artırdı.”

XQ-yə internet bağlantısı ilə açıqlama verən Egey Universitetinin Türk Dünyası Araşdırmaları İnstitutunun yaradıcısı və uzun illər rəhbəri olmuş professor Fikrət Türkmən daha sonra qeyd etdi:

– 200-ə yaxın dövlətin yekdil qərarı ilə Azərbaycanın bu cür mühüm tədbirə evsahibliyi etməsi, ölkənin iqlim siyasətindəki fəallığın, eyni zamanda, beynəlxalq aləmdəki nüfuzunun nəticəsidir. Bu, həm də Azərbaycan üçün böyük məsuliyyət və geniş tanıtma imkanıdır. Belə bir tədbir ölkənin iqlim dəyişikliyi ilə mübarizə sahəsindəki təcrübələrini və nailiyyətlərini bölüşmək, eləcə də beynəlxalq tərəfdaşlarla əməkdaşlığı daha da möhkəmləndirmək üçün yaxşı bir fürsət oldu.

İllərlə hər bir uğurunu vurğunluqla izlədiyim Azərbaycan son illərdə iqlim dəyişikliyinə qarşı mübarizədə bir çox təşəbbüslər ilə diqqət mərkəzindədir. Xüsusilə, “yaşıl” enerji layihələrinə və təmiz texnologiyaların tətbiqinə dair atılan addımlar ölkənin bu sahədəki liderliyini nümayiş etdirir. COP29 Azərbaycanın bu istiqamətdəki səylərinin daha da gücləndirilməsi və dünya miqyasında daha geniş bir əməkdaşlıq üçün mühüm bir mərhələdir. COP29-un Azərbaycanda keçirilməsi Türk dünyasının dünya gündəmindəki mövqeyini daha da möhkəmləndirir, iqlim dəyişikliyi sahəsindəki ciddi və məsuliyyətli yanaşmasını dünyaya nümayiş etdirir.

– Türk dünyasından danışdınız, bu dostluq və qardaşlıq birliyinin COP29-dakı həmrəyliyi və ortaq mövqeyi Türkiyədən necə görünür?

– Türk dünyası son illərdə bir çox sahədə əməkdaşlıq imkanlarını genişləndirib və bu birliyin COP29 kimi qlobal platformalarda daha fərqli bir yer tutması da göz önündədir. Onların birgə mübarizə aparacağı və ortaq yanaşmalar ortaya qoyacağı məsələlər arasında iqlim dəyişikliyi, ekoloji davamlılıq və təbii sərvətlərin qorunması mühüm yer tutur. Türk dünyası böyük bir regionu əhatə etsə də və bu ölkələrin coğrafi və iqtisadi vəziyyətləri bir-birinə yaxın olsa da, onlar iqlim problemləri baxımından çox fərqli təsirlərlə üzləşirlər.

COP29 Türk dünyasının güclü bir mərkəz olaraq çıxış etməsini təmin edən önəmli hadisələrdəndir. Həm də region ölkələri təbii sərvətlərin istifadəsi və enerji istehsalı məsələlərində əlaqəli mövqe sərgiləyə bilərlər. Məsələn, bir ölkə karbon emissiyalarını azaltmaq üçün daha aqressiv tədbirlər təklif edə bilər, digər ölkə üçün iqtisadi inkişaf və enerji təchizatı məsələləri hələ də prioritet olaraq qalır. Bu baxımdan Türk dünyası bir tərəfdən özünün enerji ehtiyatları ilə bağlı maraqlarını qorumalı, digər tərəfdən isə təbii sərvətlərdən dayanıqlı şəkildə istifadə etməyi dəstəkləyən siyasət irəli sürə bilər.

Bundan əlavə, Türk dünyası ekologiya və ətraf mühit məsələlərində birgə tədqiqatlar və texnoloji inkişafa daha çox önəm verə bilər. İqlim dəyişikliklərinin təsirlərini minimuma endirmək üçün müştərək təşəbbüslər, təmiz enerji layihələri və regional ətraf mühit siyasəti indiki müzakirələrdə önəmli yer alır.

Türk dünyası dövlətləri mədəni və dil birliyinə əsaslanaraq daha çox regional əməkdaşlıq və qarşılıqlı dəstək mexanizmləri təklif edirlər. Bu, onların qlobal səviyyədə daha güclü bir yer tutmalarına kömək edir. COP29 bu potensialı reallaşdırmaq üçün real bir imkandır. Bakı görüşləri geniş əməkdaşlıqla yanaşı, hər bir ölkənin milli maraqlarını balanslı şəkildə qorumağı əsas tutur.

– COP29 günlərində dünya türk dövlətlərinin liderlərini bir yerdə, çiyin-çiyinə gördü...

– Bəli, Türk dövlətlərinin konfransda bir yerdə olması dostluq və qardaşlığımızın yüksək səviyyəsini dostlara da, düşmənlərə də göstərdi. Düşmənlər deyəndə ötənlərin üzüntüləri yada düşür. Bakının indiki təntənəsi ilə yanaşı, ağır günlərini də xatırladım. Həyatın müəyyən anlarında insanın içində yaşadığı duyğular o qədər qarışıq olur ki, onları sözlərlə ifadə etmək çox çətin olur. 20 Yanvar hadisələrindən sonra Bakıya gəldiyim dövrün gərginliklərini, sıxıntılarını, üzüntülərini yaşadım. Bəlkə də, o zamanlar hər şey bir-birinə qarışmışdı, bir tərəfdən, böyük itki, böyük bir ağrı, digər tərəfdən isə yeni bir başlanğıcın, bir ümidin axtarışı vardı. O dövrün Bakısı hüznlə, ümidsizliklə dolu idi. Ancaq həyat davam edirdi. Zamanla hər şeyin mümkün olduğunu, hər qarışıqlığın bir gün nizama düşəcəyini göstərdi. Sonra bir gün Qarabağ həsrətinin sona çatdığı xəbərinə sevindik. Qarabağ azad olundu, Vətən nəhayət ki, öz doğma torpaqlarına qovuşdu. Həmin an sən necə hiss etdiyini heç vaxt unutmayacaqsan.

Həm fərdi olaraq, həm də bir millət, iki dövlət olaraq yaşadığımız ən böyük qələbə Qarabağ müharibəsində əldə edilən zəfər bizim həm keçmişimizə, həm də gələcəyimizə olan inamımızı təzələyib. Bu zəfər təkcə hərbi deyil, eyni zamanda, milli ruh, qürur, birlik və həmrəylik zəfəri idi. Bu hər kəsin içindəki ağrıları, itkiləri yüngülləşdirdi. Bu qələbə Vətəninə, torpağına daha dərin sevginin və bağlılığın işarəsi oldu. Qarabağın azad olması bütün itkiləri, bütün ağır xatirələri unutdurdu. Türk dövlətləri bu zəfər təntənəsini bir yerdə yaşadılar.

İndi isə Bakıda, bu günlərdə, bu şəhərin qəlbində, hər kəsin içində o qürur yenidən yaşandı. Bizim tariximiz, milli kimliyimiz, zəfərimiz, ən böyük arzumuz – hamısı bir yerdə təcəssüm tapır. O dövrün sıxıntılarını yaşayan, bu günün zəfərini isə dərin bir qürurla yaşayan qardaşlar kimi, biz də başqalarına yol göstərə, dünyaya mesaj verə bilirik.

Bu qüruru, bu zəfəri bu günlərdə bir yerdə yaşamaq, hər kəsə dərin bir mənəvi güc verir. Qarabağ və Vətən, sadəcə, torpaq deyil, eyni zamanda, bizim milli varlığımızın, kimliyimizin, sevgimizin, ümidimizin təcəssümüdür. Bu günlərdə bir daha görürsən ki, keçmişin ağrıları, indiki qələbənin yanında kiçik qalır. Həm də bu qələbə yalnız döyüş meydanında deyil, hər birimizin həyatında bir zəfərdir. Hər kəsin içində bir az da olsa həm o keçmişin çətinliklərini yaşayıb, həm də bu yeni dövrün sevinclərini paylaşması bu günlərdə hər birimizi daha da birləşdirir.

Belə anlarda, sözlər çox kiçik və zəif qalır, çünki bir xalqın, bir millətin yaşadığı böyük bir mücadilənin ifadəsi yoxdur, sadəcə, onu içində hiss etmək lazımdır. Bu qürur və sevinc, bir xalqın özünü tapmasının və hər şeyə yenidən başlamasının təcəssümüdür.

Demək istədiyim çox sözlər var. Ən əsası odur ki, Bakının bu günlərinə BMT-nin dünya miqyaslı mərasiminə evsahibliyinə şahidlik edəndə düşünürəm: Qarabağ zəfərinə can Azərbaycan COP29 zəfərini də əlavə etdi.

– Sevgi-sayğılarınıza görə təşəkkür edirik.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:255
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Noyabr 2024 09:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see337

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see273

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see265

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see264

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see246

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see244

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see243

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see238

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see232

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see229

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see229

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see219

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see214

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see209

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see202

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see196

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see193

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see186

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see181

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri