Icma.az
close
up
RU
“Türkiyə bölgədə vəziyyətin gərginləşməsinə imkan verməməkdə qərarlıdır”

“Türkiyə bölgədə vəziyyətin gərginləşməsinə imkan verməməkdə qərarlıdır”

Icma.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

“Suriyada hakimiyyət dəyişəndən sonra Livan-Suriya münasibətlərində də müəyyən problemlərin olacağı bəlli idi. Belə ki, uzun zaman hər iki dövlət bu və ya digər formada İranın təsiri altında idi. Həm Bəşər Əsəd rejimi, eyni zamanda, Livandakı “Hizbullah” qruplaşması İranın əsas müttəfiqləri rolunda çıxış edirdilər. Təbii ki, Suriyada rejim dəyişəndən sonra “Hizbullah” təşkilatı özünün İran ilə logistik dəstəyinin quru yollarla kəsilməsindən kifayət qədər narahatlıq keçirirdi. İran da Suriyadakı yeni hakimiyyətlə münasibətləri normal olmadığından bu hakimiyyətin devrilməsi üçün özünün proksi qüvvələrindən istifadə etməyə çalışıb”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Oqtay Qasımov söyləyib.

O.Qasımov qeyd edib ki, Latakiya, Tartus bölgələrində Bəşər Əsəd rejimin qalıqlarının qiyama qalxması bölgədə vəziyyəti kəskinləşdirsə də, lakin Suriya hakimiyyəti qısa vaxt ərzində bu ərazilərdə vəziyyəti nəzarətə götürdü.

Politoloq əlavə edib ki, zaman-zaman Livanla sərhədlərdə “Hizbullah” qruplaşmasına aid olan hərbi birləşmələrlə Suriya hakimiyyət qüvvələri arasında müəyyən toqquşmalar baş verməkdə idi: “Düşünürəm ki, bu insident bir müddət də davam edəcək. Amma Türkiyənin hazırda həm Suriya hakimiyyəti, həm də Livan hakimiyyəti ilə yaxın münasibətləri var və Türkiyə bölgədə vəziyyətin gərginləşməsinə imkan verməməkdə qərarlıdır. Düşünürəm ki, bu gərginliklər hansısa irimiqyaslı bir toqquşmaya çevrilməyəcək. Çünki Suriya ilə Livanın uzun müddətdən bəri çox yaxın qonşuluq və yaxşı münasibətləri olub. Yəqin ki, bu münasibətlər bundan sonra da davam etdiriləcək. Sadəcə olaraq normallaşma prosesinə əngəl olacaq əsas qüvvə “Hizbullah” qruplaşmasıdır. O, son dövrlər ərzində xeyli zəiflədilsə də, amma hələ də kifayət qədər ciddi gücü var və Livan ordusu nə qədər ki, öz ərazisində vəziyyətə tam şəkildə nəzarət etməyəcək və Livandakı silahlar Livan ordusunun əlində cəmləşməyəcək, təbii ki, o zaman İrana bağlı “Hizbullah” və digər qruplaşmalar bölgədə vəziyyəti gərginləşdirməyə cəhdlər edəcək”.

Röya İsrafilova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 18 Mart 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see251

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see219

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see194

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see186

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see185

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see155

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see150

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see146

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see144

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see141

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see140

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see140

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see140

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see136

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see136

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see134

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see134

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see131

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see130

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri