Azərbaycanla Türkiyə razılığa gəldi
Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan və Türkiyə arasında enerji əməkdaşlığının növbəti mərhələsi üzrə müzakirələr aparılıb, birgə enerji layihələrinin icrasının sürətləndirilməsi barədə razılıq əldə olunub.
Modern.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında yazıb.
Nazir bildirib ki, İstanbulda Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarla keçirilən görüşdə enerji əməkdaşlığının növbəti mərhələsi müzakirə olunub.
Onun sözlərinə görə, tərəflər Azərbaycan (Naxçıvan)-Türkiyə Enerji İnterkonnektoru və Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi layihələrinin həyata keçirilməsinin sürətləndirilməsi barədə razılığa gəliblər.
Pərviz Şahbazov qeyd edib ki, görüş zamanı Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi çərçivəsində mümkün əməkdaşlıq imkanları da nəzərdən keçirilib.
Nazir vurğulayıb ki, bu regional enerji bağlantısı layihələri enerji təhlükəsizliyinin gücləndirilməsinə yönəlmiş növbəti birgə töhfələr olacaq.
We discussed the next phase of our #energycooperation in Istanbul with my dear colleague Alparslan Bayraktar (@aBayraktar1), Türkiye's Minister of Energy and Natural Resources. We agreed to accelerate the implementation of the Azerbaijan (Nakhchivan)-Türkiye #EnergyInterconnector… pic.twitter.com/uUwN3s3qrn
— Parviz Shahbazov (@ParvizShahbazov) August 1, 2026
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 01 Avqust 2026 09:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















