Türkiyə də daxil olmaqla, bölgədəki tərəfdaşlarla əlaqə saxlayırıq
Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Suriyanın şimalındakı hadisələrlə bağlı Türkiyə ilə təmasda olduqlarını bəyan edib.
SİA-nın məlumatına görə, Pentaqonun sözçüsü general-mayor Pat Ryder gündəlik mətbuat konfransında Suriyanın Hələb şəhəri və ətrafındakı hadisələrlə bağlı sualları cavablandırıb.
Pat Ryder Suriyada dəstəklədikləri bölücü terror təşkilatı PKK/YPG-yə bağlı Suriya Demokratik Qüvvələri (SDQ) ilə əməkdaşlığın yalnız DEAŞ-la mübarizə çərçivəsində olduğunu bildirib və ABŞ hava qüvvələrinə məxsus təyyarələrin Suriya rejiminə aid bəzi hədəfləri vurduğuna dair xəbərləri təsdiqləyib.
Ryder rejim qüvvələrinə aid bir T-64 tankı və raket batareyalarının zərərsizləşdirildiyini və bu hücumların SDQ-yə dəstək deyil, bölgədəki Amerika əsgərlərini qorumaq məqsədi daşıdığını qeyd edib.
Ryderdən Hələbi ələ keçirən müxalif qrupların separatçı terror təşkilatı PKK/YPG ilə qarşı-qarşıya qalması halında ABŞ-ın hansı münasibət sərgiləyəcəyi soruşulub.
“Biz DEAŞ-a qarşı mübarizəmiz zamanı SDQ-ni dəstəklədik. Bizim Suriyadakı varlığımız DEAŞ-a qarşı mübarizə aparmaqdır və bu diqqət mərkəzimiz dəyişməyəcək”, - deyə o, cavab verib.
ABŞ sözçüsü onu da deyib ki, Suriyanın şimal-qərbində baş verən hadisələri izləyərkən açıq ünsiyyət xətlərimizi təmin etmək üçün Türkiyə də daxil olmaqla, bölgədəki tərəfdaşlarla əlaqə saxlayırıq”.
WhatsApp-da Səs Media Qrupu kanalını izləyin
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
100 yaşında ailə qurub "Ginnes"ə daxil oldular
XİN başçıları Brüsseldə görüşüblər
Yağ fabrikində yanğında 4 nəfər həyatını itirib
Parlamentin qarşısında barrikada quruldu
Ər-Riyadda “Yaşıl gələcək üçün su davamlılığı" forumu keçiriləcək
Afrikada 100-dən çox adam ölüb
Qətər Əmiri üçün Bukinqem sarayında rəsmi ziyafət verilib
825 milyon dollarlıq əməkdaşlıq memorandumu imzalanıb
Suriya ordusu bir gündə azı 200 silahlını zərərsizləşdirib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 04 Dekabr 2024 17:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















