Icma.az
close
up
RU
“Türkiyə dövlətinin qətiyyətli mövqeyi PKK nı silahı yerə qoymağa vadar etdi” “Ankara sayıqlığını itirməməlidir”

“Türkiyə dövlətinin qətiyyətli mövqeyi PKK nı silahı yerə qoymağa vadar etdi” “Ankara sayıqlığını itirməməlidir”

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son günlərin ən çox müzakirə olunan mövzularından biri terror təşkilatı PKK-nın özünü buraxması və bundan sonra fəaliyyətini siyasi-hüquqi müstəvidə davam etdirəcəyini bəyan etməsidir. Keçmiş deputat, hüquqşünas Qulamhüseyn Əlibəyli bu bəyanatdan doğan narahatlıqların tam əsaslı olduğunu bildirir.

Əlibəylinin sözlərinə görə, PKK indiyə qədər nə siyasi, nə də hüquqi fəaliyyət göstərən bir qurum olmayıb. 

Onun mahiyyəti terror aktları, qan tökülməsi və Türkiyənin ərazi bütövlüyünə qarşı yönəlmiş hücumlarla assosiasiya olunur: “PKK-nın fəaliyyəti dinc insanları qətlə yetirmək, ölkənin suverenliyinə xələl gətirmək və terror törətmək üzərində qurulub. Bu təşkilatın siyasi qanadı kimi çıxış edən partiyalar da daim PKK-nın separatçı maraqlarını müdafiə ediblər”.

Hüquqşünasın fikrincə, təşkilat bu bəyanatla öz terror fəaliyyətini “tarixi missiya” kimi təqdim etməyə və fəaliyyətini guya demokratik mübarizə formatına keçirməyə çalışır. Halbuki, keçmişdə oxşar cəhdlərin nəticəsi bəllidir: “Bir neçə il əvvəl irəli sürülən ‘demokratik kürd açılımı’ təşəbbüsündən PKK yalnız terror imkanlarını genişləndirmək üçün istifadə etdi. Bu təşkilat heç vaxt sivil fəaliyyətə keçmək niyyətində olmadığını sübut edib”.

Əlibəyli hesab edir ki, PKK-nın silahı yerə qoyaraq normal ictimai-siyasi həyata keçəcəyi barədə vədləri daha çox beynəlxalq ictimaiyyəti aldatmağa hesablanmış taktikadır.

Onun fikrincə, bu bəyanata səbəb olan əsas amil Türkiyənin apardığı ardıcıl və qətiyyətli hərbi-siyasi siyasətdir: “Prezident Ərdoğan və hökumətin sərgilədiyi prinsipial mövqe, eləcə də Türkiyə Silahlı Qüvvələrinin İraq, Suriya və digər bölgələrdə keçirdiyi uğurlu əməliyyatlar PKK-nı küncə sıxışdırıb. Bu təşkilat artıq ölkə daxilində demək olar ki, təsir imkanını itirib”.

Əlibəylinin sözlərinə görə, əvvəllər PKK-nı dəstəkləyən bəzi xarici güclər də artıq bu mövqelərindən geri çəkilmək məcburiyyətində qalıblar. Məhz Türkiyə dövlətinin qətiyyətli siyasəti PKK-nı bu bəyanata vadar edib:“Bu, tarixi əhəmiyyətli addımdır. Təbii ki, müəyyən risklər qalmaqdadır. PKK-nın bu qərarı taktiki xarakter daşıya bilər. Amma Türkiyənin ardıcıl siyasəti bu təhdidlərin neytrallaşdırılması baxımından vacib rol oynayır”.

Əlibəyli sonda vurğulayır ki, PKK-nın silahı yerə qoyduğunu bəyan etməsi onun terrorçu statusunu aradan qaldırmır və Ankara sayıqlığını itirməməlidir:Belə təşkilatlar üçün ritorika ilə real niyyətlər arasında fərq çox vaxt uçurum qədər böyük olur”.

Rasim Əliyev 

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:112
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 15 May 2025 13:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see291

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see282

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see243

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see226

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see191

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see187

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see187

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see170

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see149

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see145

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see140

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see139

“Azərbaycan ərazisi üçün seysmik təhlükənin qiymətləndirilmə və riskin xəritəsi mütləq şəkildə çözülməlidir”

26 Noyabr 2025 01:07see138

ÇL: Napoli fərqi 2 topa çatdırdı YENİLƏNİR

26 Noyabr 2025 01:29see137

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see137

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see135

Antonio Konte: “Qarabağ” bu mövsüm Çempionlar Liqasında yaxşı nəticələr əldə edib

26 Noyabr 2025 03:11see129

Bloomberg : Hindistan Rusiya neftini almağın yolunu tapıb

26 Noyabr 2025 02:00see128

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see125

Napoli Qarabağ oyununun ən yaxşı futbolçusu müəyyənləşib

26 Noyabr 2025 02:27see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri