Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Türkiyə Ermənistan: “pıçıltılı ticarət”in ümid payı və...

Türkiyə Ermənistan: “pıçıltılı ticarət”in ümid payı və...

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yaxud Ankara üçün Bakı – İrəvan münasibətləri ardıcıllığı

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın seçicilərlə görüşdə əlinə səsgücləndirici götürüb çıxışa hazırlaşan ölkənin Baş naziri Nikol Paşinyanın qulağına pıçıldadığı, ətrafın da təfərrüatlarına az-maz vaqe olduğu məsələ bu idi: Türkiyənin Ermənistanla birbaşa ticarətin başlanması üçün hazırlıq işlərini başa çatdırması. Əlbəttə, bu, Türkiyə–Ermənistan normallaşması ilə bağlı çox yaxşı xəbərdir. Yəni Mirzoyanın bu xəbəri Paşinyana tələsik çatdırması məsələnin vacibliyindən qaynaqlanır.

Bəli, həm Türkiyənin, həm də Ermənistanın Xarici İşlər Nazirliyinin məlumat mətnləri təsdiqlədi ki, Mirzoyanın Paşinyanın qulağına pıçıldadığı doğrudur. Amma məsələyə dair rəsmi Ankara tərəfindən yayılmış bəyanatın məxsusiliyi var. Birbaşa ticarətlə əlaqədar zəruri bürokratik prosedurların tamamlandığını açıqlayan Türkiyə XİN-dən bildirilib ki, iki ölkə arasında ümumi sərhədin açılması ilə bağlı işlər davam edir. Ən başlıcası: “Yeni qaydalara əsasən, artıq üçüncü ölkələr vasitəsilə Türkiyədən Ermənistana göndərilən mallar təyinat məntəqəsi və ya mənşə ölkəsi kimi Ermənistanı və ya Türkiyəni göstərə biləcək”. Türkiyənin xarici diplomatiya idarəsinin bəyanatında o da vurğulanıb ki, Ankara regionun bütün ölkələrinin və xalqlarının rifahı naminə Cənubi Qafqazda iqtisadi əlaqələrin və əməkdaşlığın inkişafına dəstək verməyə davam edəcək. Hesab edirik ki, sənəddəki ən mühüm məqam məhz budur və onun üzərində dayanacağıq. Hələlik isə Ermənistan XİN-in müvafiq məlumatına nəzər salaq. Axı Mirzoyan Paşinyanın qulağına pıçıldayanda məhz bu məlumatı hazırlamaq və yaymaq üçün icazə istəmişdi.

Beləliklə, Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan Türkiyənin Ermənistanla ikitərəfli ticarət yolundakı maneələri aradan qaldırması məsələsinə toxunaraq bildirib ki, bu, iki ölkənin tamhüquqlu və normal münasibətlərin inkişafı istiqamətində mühüm addımdır. “Türkiyənin Ermənistan Respublikası ilə ikitərəfli ticarət yolundakı maneələri aradan qaldırmaq qərarını alqışlayırıq. Bu qərar Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması prosesinin növbəti nəticəsidir”, - deyən A.Badalyan əlavə edib ki, Ankaranın qərarı iki ölkənin ticarət və işgüzar əlaqələrinin genişləndirilməsi, regionda iqtisadi qarşılıqlı bağlılığın təşviqi, sülh və rifahın təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. A.Badalyan, həmçinin hadisələrin məntiqi davamının sərhədin açılması və diplomatik münasibətlərin bərpası ola biləcəyini də xatırladıb.

Göründüyü kimi, Ermənistan sərhədlərin tam açılmasına can atır. Yəni rəsmi İrəvan qonşusu ilə ticarətin üçüncü ölkələr vasitəsilə deyil, birbaşa həyata keçirilməsində maraqlıdır. Türkiyə XİN-in bəyanatı ilə bağlı yuxarıda vacib məqam olaraq qeyd etdiyimiz “Cənubi Qafqazda iqtisadi əlaqələrin və əməkdaşlığın inkişafına dəstək verməyə davam” tezisinə gəlincə, bu, Türkiyə–Ermənistan normallaşmasının mərhələli xarakter daşıdığının göstəricisidir. Bütün mərhələlərin geridə buraxılması isə Bakı–İrəvan münasibətlərinin dinamikasından asılıdır. Baxın, Azərbaycan Ermənistanla üçüncü dövlət, yəni Gürcüstan vasitəsilə ticarəti gerçəkləşdirir, Türkiyə də eyni addımı atır. Yəni hələlik birbaşa təmas yoxdur və Ankara ardıcıllığı qoruyur. Nəzərə alaq ki, Türkiyəyə ehtiyac duyan Ermənistandır. Çünki ikinci birinci vasitəsilə dənizə çıxış imkanı qazanır. Ankaranın böyük marağı isə Cənubi Qafqazdır. Daha doğrusu, regionda ticarət. Hərçənd, məsələni sırf ticarət amili üzərində qurmaq düzgün sayılmaz. Türkiyə regional kommunikasiyaların dinamik fəaliyyət məcrasına qədəm qoymasında, ümumən, Orta Dəhlizin işə düşməsində maraqlıdır. Ona görə də ölkə rəsmiləri, bir qayda olaraq, Zəngəzur dəhlizi ideyası üzərində dayanırlar. Yəni Ankara üçün Azərbaycanla Ermənistan arasında ötən ilin avqustunda Vaşinqtonda imzalanmış Birgə Bəyannamədə əksini tapmış “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”, yaxud qısaca TRIPP məntiqi yox, bilavasitə Zəngəzur dəhlizi seqmenti önəmlidir. Çünki başlıca məqam Naxçıvana maneəsiz yoldur. O yol ki, açılması Ermənistanın 2020-ci ildən bəri üzərinə götürdüyü, amma yerinə yetirmədiyi öhdəlikdir. O yol ki, ideoloji planda, bütövlükdə, Türk dünyasının birləşdirilməsi ideyasını rəhbər tutur. Hazırkı dövrdə vaxtilə bir-birindən ayrı düşmüş coğrafi məkanın sırf iqtisadi zəmindəki vəhdəti əsasdır və bu, Ermənistan üçün də sərfəlidir. Qalır ölkənin mövcud reallığın dərkindən irəli gələn gerçək fəaliyyəti reallaşdırması.

Sonda ümumiləşdirmə apararaq belə qənaətə gəlmək mümkündür ki, Ankara xoş niyyətini son dərəcə aydın mesajı və prinsipial yanaşması ilə ortaya qoydu və şübhəsiz, bu yanaşmadan qaynaqlanmış digər addımların atılması mümkündür. Ermənistanla üçüncü ölkələr vasitəsilə də olsa, qarşılıqlı ticarət dövriyəsinə başlanılmasına dair Türkiyə dövlətinin tarixi qərarının məntiqi davamının olub-olmaması isə məhz rəsmi İrəvandan asılıdır. Nəzərə alaq ki, Ermənistanla sərhədin açılması zərurətində haqqında söz açdığımız Zəngəzur dəhlizi amilinə söykənmiş Türkiyənin qonşusunun ucuz işçi qüvəsinə, yaxud konyakına, əriyinə ehtiyacı yoxdur.

Ə.RÜSTƏMOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:193
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 May 2026 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see636

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see437

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see435

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see401

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see385

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see381

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see342

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see281

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see266

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see264

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see246

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see242

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see228

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see228

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see224

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see223

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see219

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see219

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see214

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri