Türkiyə Ermənistan sərhədində hərəkətlilik
Azpost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyə ilə Ermənistan arasında Əlican sərhəd-keçid məntəqəsinin yenidən açılmasına hazırlıq çərçivəsində İğdır vilayətində yol hərəkətinin təşkili ilə bağlı işlər aparılıb.
Türkiyənin “Sabah” qəzetinin məlumatına görə, yol xidmətinin əməkdaşları hava limanının yaxınlığındakı yolayrıcında yeni istiqamət nişanları quraşdırıblar. Nişanlarda Əlican sərhəd-keçid məntəqəsinə gedən istiqamət də göstərilib.
Yolayrıcında Qars, Tuzluca, hava limanı və İğdır istiqamətləri qeyd olunub. İğdır istiqamətində isə Əlican, İğdır İl Jandarma Komandanlığı, Karakoyunlu, Dilucu və Əlican sərhəd-keçid məntəqəsinə gedən yollar üçün ayrıca göstəricilər yerləşdirilib.
Diqqət çəkən məqam odur ki, yeni yol nişanlarında Azərbaycanın Naxçıvan istiqaməti də göstərilib.
“Sabah” yazır ki, Əlican sərhəd-keçid məntəqəsinin yenidən açılmasına hazırlıq çərçivəsində görülən bu işlər bölgədə hərəkətliliyin artmasının əlamətlərindən biri kimi qiymətləndirilir.
Yeni nişanların quraşdırılması sərhəd-keçid məntəqəsinə gedən marşrutun sürücülər üçün daha aydın və rahat müəyyənləşdirilməsinə xidmət edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 17 Avqust 2026 10:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















