Icma.az
close
up
RU
Türkiyə Ukraynaya qoşun göndərəcək? Ankaradan ÖZƏL AÇIQLAMA

Türkiyə Ukraynaya qoşun göndərəcək? Ankaradan ÖZƏL AÇIQLAMA

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ötən gün Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə  Ankaraya səfər edib. Zelenskinin Türkiyəyə səfəri və Ərdoğanla görüşü rəsmi danışıqlarla yanaşı simvolik məqamlarla da diqqət çəkib.

Xüsusilə Ankarada keçirilən rəsmi qarşılanma mərasimində yağış başladığı üçün Ərdoğanın çətirini Zelenski ilə paylaşması sosial mediada geniş müzakirələrə səbəb olub. Bir çox analitiklər bu görüntünü sadəcə nəzakət jesti kimi deyil, həm də Türkiyənin Ukraynaya verdiyi dəstəyin rəmzi kimi dəyərləndirir.

Bu görüş, Zelenskinin son beynəlxalq toplantılarda iştirakı ilə bağlı yaşanan gərginliklər fonunda xüsusi əhəmiyyət daşıyır. Belə ki, Ankaradakı görüşdən əvvəl Ər-Riyadda Rusiya və ABŞ rəsmiləri uzun müddət sonra ilk dəfə görüş keçirib. Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Zelenskinin də görüşə qatılmasını istəsə də, Vaşinqton və Moskva bunu qəbul etməyib. Ukrayna lideri bu görüşün onlar üçün “sürpriz” olduğunu və məlumatı yalnız mediadan aldıqlarını bildirib. O vurğulayıb ki, müharibəni dayandırmaq barədə qərarlar Ukraynasız qəbul edilə bilməz.

Eyni zamanda, Parisdə Avropa liderlərinin görüşündə də Ukrayna məsələsi müzakirə edilib. Fransada keçirilən görüşdə Avropa liderləri Ukraynaya qoşun göndərmək məsələsini də müzakirə ediblər. Britaniya bu məsələyə açıq olduğunu bildirsə də, hələlik yekun razılıq əldə olunmayıb və ABŞ-nin bu qərardakı rolu həlledici hesab edilir.

Türkiyə bu günə qədər Rusiya-Ukrayna müharibəsində balans siyasəti aparmağa çalışsa da, son hadisələr Ankaranın Kiyevə daha açıq dəstək verdiyini göstərir. Ərdoğanın çətiri altına girən Zelenskinin Ankaradan hansı zəmanətləri aldığı isə qarşıdakı günlərdə daha da aydınlaşacaq.

Bəzi ekspertlər Türkiyənin də Ukraynaya qoşun göndərmək ehtimalını tamamilə istisna etmir. Xüsusilə Ankara ilə Kiyev arasında hərbi sahədəki strateji əməkdaşlıq, o cümlədən pilotsuz uçuş aparatlarının istehsalı və müdafiə sənayesi layihələri nəzərə alınarsa, bu ssenari gələcəkdə daha çox gündəmə gələ bilər.

Məsələ ilə bağlı Modern.az-a danışan Türkiyə Böyük Millət Məclisinin hakim Ədalət və İnkişaf Partiyasından olan deputatı Şamil Ayrım bildirib ki, Türkiyə ən çətin zamanlarda Ukraynanın yanında olub:

“Ukrayna-Rusiya müharibəsi başlayanda tək vasitəçi ölkə Türkiyə olub. Həm Rusiya, həm də Ukrayna ilə dialoqu olan Türkiyə taxıl daşınmasında təşəbbüs göstərib. Proses çox da yaxşı gedib. İndiki vəziyyətdə ABŞ Prezidenti  Donald Tramp müharibəni dayandıracağını deyir. Proses davam edir. ABŞ-nin ağır tələblərinin olduğunu öyrənirik. Bu isə Ukraynanı məyus edib. Çünki Ukraynanın bir qisim resurslarını ABŞ özü istifadə etmək istəyir. Ukrayna Rusiya və ABŞ arasında qalıb. Onun ən çətin günlərində yanında olan tək ölkə  Türkiyədir. Buna görə də, Zelenski Türkiyə ilə belə bir dialoq qurmaq ehtiyacını hiss etdi”.

Parlamentari Türkiyənin Ukraynaya əsgər göndərib göndərməyəcəyi ilə bağlı məsələyə də cavab verib:

“Asan olmayan proseslər davam edir. Biz də gözləyəcəyik. Türkiyənin Ukraynaya əsgər göndərməsi bildiyim qədəri ilə planlaşdırılmır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Fevral 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see596

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see421

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see304

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see284

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see279

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see269

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see258

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see256

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see239

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see233

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see210

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see203

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see203

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see198

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see187

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see182

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see176

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see176

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri