Icma.az
close
up
RU
Türkiyə Ermənistanla sərhədi açır? Nə qədər ki, Ərdoğan hakimiyyət başındadır...

Türkiyə Ermənistanla sərhədi açır? Nə qədər ki, Ərdoğan hakimiyyət başındadır...

Icma.az bildirir, Turkstan.az portalına istinadən.

Xəbər verildiyi kimi, Türkiyənin Ermənistanın Axurik kəndi ilə həmsərhəd olan Akyaka kəndində Ermənistan və Türkiyə xarici işlər nazirləri müavinlərinin görüşü baş tutub.

Turkustan.az-ın xəbərinə görə, Ermənistanın “Hraparak” nəşri görüşün gizli keçirildiyini, detalları barədə məlumat verilmədiyini iddia edib. Nəşr yazıb ki, bir neçə saat davam edən görüşdə Gümrü-Qars dəmir yolunun açılması məsələsi müzakirə olunub.

Gümrü-Qars dəmir yolunun “Axurik” buraxılış məntəqəsi Axurik kəndindən təxminən 1,5 km aralıda yerləşir. Vaxtilə Gümrü-Qars dəmir yolu ilə həm sərnişin, həm də yük qatarları hərəkət edib. Ermənistanın şimal-qərbində yerləşən həmin keçid məntəqəsi 1993-cü ilə qədər fəaliyyət göstərib.

Xatırladaq ki, Türkiyə Ermənistanla sərhədlərin açılmasının Ermənistan-Azərbaycan sülh prosesindən asılı olduğunu bəyan edib.

Siyasi şərhçi Əhəd Məmmədli Bakıvaxtı.az-a deyib ki, Türkiyə və Ermənistan arasında 1990-cı illərin əvvəllərindən etibarən təmaslar olub, müxtəlif mərhələ və miqyaslarda, uzunmüddətli və ya qısamüddətli danışıqlar aparılıb.

Ekspert vurğulayıb ki, Türkiyənin Ermənistanla apardığı danışıqları, rəsmilərin görüşləri, müzakirələr adətən Azərbaycanla bağlı olub:

"Qardaş Türkiyə İrəvan hökumətindən Azərbaycan torpaqlarının azadlığını tələb edib. Ankaranın İrəvanla indiki təmaslarında əsas müzakirə mövzularından biri də Azərbaycanla sülh müqaviləsinin bağlanması, Bakının şərtlərinin qəbul edilməsi tələb olunur. Məsələ ondadır ki, Türkiyə və Ermənistan arasında da problemlər, ərazi iddiaları var. Ermənistan dövləti, erməni lobbisi hələ saxta, "soyqırım" iddiasından vaz keçməyiblər. Ermənistanın gerbində Ağrı dağının simvolu var. Yəni Kəpəz dağının, Göyəzənin əksi yoxdur, məhz Ağrı dağı var. Ağrı Türkiyə ərazisidir. Tutaq ki, yaxın günlərdə Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi imzalandı və Ankara-İrəvan münasibətlərinin normallaşmasına da yaşıl işıq yandı. Türkiyə öz ərazisinə qarşı iddiaların qalacağı təqdirdə Ermənistanla münasibətləri yaxşılaşdıracaqmı? Sərhədləri açacaqmı? Mümkün deyil".

Əhəd Məmmədli: İndiki halda Ermənistanla əlaqələrin bərpası Türkiyənin öz milli maraqlarına ziddir

Ə.Məmmədli qeyd edib ki, Türkiyə özü də Ermənistan hökuməti qarşısında tələblər qoymalıdır:

"Konstitusiyanın dəyişməsini tələb etməlidir. İrəvan Türkiyəyə qarşı ərazi iddialarına da birdəfəlik son qoymalıdır. Bundan sonra Türkiyə-Ermənistan arasında normal diplomatik münasibətlərin qurulması mümkün hala gələcək”.

Müsahibimiz hesab edir ki, indiki halda Ermənistanla əlaqələrin bərpası Türkiyənin öz milli maraqlarına ziddir:

“Nə qədər ki, cənab Rəcəb Tayyib Ərdoğan hakimiyyət başındadır, tam əminəm ki, Türkiyə buna getməyəcək".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:170
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 25 Noyabr 2024 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri