Icma.az
close
up
RU
“Türkiyə əvvəlki reaksiyalardan nəticə çıxarmalı idi” Deputatdan sərt AÇIQLAMA

“Türkiyə əvvəlki reaksiyalardan nəticə çıxarmalı idi” Deputatdan sərt AÇIQLAMA

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Son iki gündə Türkiyə mediasında və sosial şəbəkələrində Azərbaycan əleyhinə növbəti müzakirələr və ittihamlar gündəmə gəlib. Bu dəfə müzakirələrin əsas səbəbi Azərbaycanın BMT-nin Baş katibi vəzifəsinə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dövlət naziri Lana Zəki Nusseibehin namizədliyinin irəli sürülməsi təşəbbüsünə münasibəti olub. Türkiyənin ATƏT-dəki baş katibi Feridun Sinirlioğlunun mümkün namizədliyinin dəstəklənməməsi ilə bağlı Azərbaycana qarşı ittihamlar səsləndirilib. 

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirdi ki, Türkiyə tərəfi Azərbaycanın əvvəlki reaksiyasından nəticə çıxarmalı və eyni üsula yenidən əl atmamalı idi:

"Əslində, əvvəlki hadisədən çox ciddi dərs çıxarılmalı və nəticə əldə olunmalı idi. Azərbaycan bununla açıq şəkildə göstərdi ki, heç bir təzyiqə boyun əyməyəcək və heç bir təzyiqi qəbul etməyəcək. Bu baxımdan hesab edirəm ki, Türkiyə tərəfindən növbəti dəfə həyata keçirilən bu cür anti-Azərbaycan təbliğatı əsassızdır. Belə addımlarla nəyəsə nail olmaq, hər hansı nəticə əldə etmək mümkün deyil. Bütün tərəflər bunu nəzərə almalı və bilməlidirlər ki, bu cür cəhdlər və addımlar əks effekt verir, yalnız yanlış nəticələrə gətirib çıxarır".

Müsahibimiz vurğuladı ki, heç kim Azərbaycanla bu üslubda və bu metodla danışa bilməz:

"Belə bir cəhd olarsa, Azərbaycan bunun müvafiq cavabını verəcək. Azərbaycan müstəqil dövlətdir və kimə səs verəcəyinə, kimə səs verməyəcəyinə özü qərar verir. Ona görə də bizə qarşı bu cür addımlara son qoyulmalı, anti-Azərbaycan təbliğatı dayandırılmalı və belə halların qarşısı alınmalıdır. Çünki bütün bunlar yalnız Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirir və mövcud əlaqələri daha da gərginləşdirir".

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 30 Oktyabr 2026 17:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see316

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see288

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see287

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see278

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see277

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see269

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see268

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see265

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see260

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see253

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see240

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see237

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see229

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see222

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see221

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see220

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see206

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see205

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri