Türkiyə Hörmüz boğazının açılmasını əsas prioritet hesab edir
Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.
Türkiyə ABŞ və İran arasında danışıqlarda Hörmüz boğazının açılmasını əsas prioritet hesab edir.
Yeniavaz.com xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan bunu Yaponiyanın “Nikkei” biznes qəzetinə verdiyi müsahibədə bildirib.
O bildirib ki, Ankara, Pakistan və bir sıra digər ölkələrlə birlikdə, hazırda Vaşinqton və Tehran arasında mövcud böhranın həllinə yönəlmiş danışıqlarda vasitəçilik edir.
Fidan qeyd edib ki, Hörmüz boğazı ilə bağlı razılığa gəlmək İranın nüvə proqramı ilə bağlı müzakirələrdən əvvəl olmalıdır:
“Əgər Hörmüz boğazının açılması ilə bağlı razılıq əldə olunarsa, biz İranın nüvə proqramını müzakirə etməyə keçməyi planlaşdırırıq”.
O əlavə edib ki, boğaz ətrafındakı vəziyyət həm ABŞ-yə, həm də İrana ciddi təzyiq göstərir:
“Beynəlxalq təsirlər, o cümlədən enerji və ərzaq təhlükəsizliyi sahələrində çox böyükdür. Vəziyyət elə bir nöqtəyə çatıb ki, bu məsələ ilə bağlı danışıqlar nüvə məsələlərindən üstün tutulmalıdır”.
Bu mövzuda digər xəbərlər:Quterreş Hörmüz boğazının açılmasını alqışladı
17 Aprel 2026 21:58
Starmer: Britaniya Hörmüz boğazının şərtsiz açılmasını dəstəkləyir
17 Aprel 2026 08:49
Quterreş Hörmüz boğazının məhdudiyyətsiz açılmasını tələb edib
11 May 2026 19:42
Leyen Hörmüz boğazının dərhal açılmasını tələb edib
15 İyun 2026 17:23
Türkiyə Qəzzada atəşkəsin qorunmasını əsas prioritet hesab edir
24 Oktyabr 2025 10:54
Baxış sayı:209
Bu xəbər 30 May 2026 15:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















