Türkiyə ilə bağlı xəbərdarlıq: 50 dərəcə isti olacaq
Icma.az, Qaynarinfo saytına istinadən bildirir.
Türkiyənin cənubunda yerləşən Adana şəhərində çərşənbə günü havanın temperaturu +50°C-yə çata bilər.
Qaynarinfo xəvbər verir ki, bu barədə "RIA Novosti" agentliyi türkiyəli meteoroloq İhsan Yurtdaşa istinadən məlumat yayıb.
"Bu, cari yay mövsümünün ən yüksək temperatur göstəricilərindən biridir. Buna görə də sakinlər və turistlər günün isti saatlarında xüsusi ehtiyatlı olmalıdırlar", deyə İhsan Yurtdaşı bildirib.
Meteoroloqun sözlərinə görə, ən çətin dövr günorta saatlarından axşama qədər olacaq. Məhz bu vaxt yüksək temperatur və havadakı rütubət insan orqanizminə istilik yükünü əhəmiyyətli dərəcədə artıracaq. Vətəndaşlara mümkün qədər açıq günəş altında qalmamaq, daha çox maye qəbul etmək və ən isti saatlarda fiziki aktivliyi azaltmaq tövsiyə olunur.
İyulun 27-də İspaniyanın Baş naziri Pedro Sançes hökumətin yeni "iqlim sığınacaqları"nın maliyyələşdirilməsi üçün 10 milyon avro ayıracağını açıqlamışdı.
"İqlim sığınacaqları" insanların güclü istilər də daxil olmaqla ekstremal hava hadisələrindən qoruna biləcəyi məkanlardır. İspaniya hökumətinin başçısı həmçinin yaşayış məntəqələrinin ekoloji keçidə hazırlanması məqsədilə əlavə 9 milyon avro ayrılacağını da bildirib.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 28 İyul 2026 11:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















