Türkiyə ilə dəmir yolunu yenidən açmalıyıq
Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsi ilə Türkiyə arasında dəmir yolu əlaqəsinin bərpası və yenidən açılması istiqamətində iş aparıldığını bildirib.
Redaktor.az xəbər verir ki, Paşinyan bu barədə TRT World telekanalına müsahibəsində danışıb.
“Prezident Ərdoğanla çox müsbət görüşümüz oldu, müsbət dialoq apardıq və münasibətlərimizin bundan sonra da inkişaf edəcəyini gözləyirik. Hazırda ölkələrimiz arasında dəmir yolunu təmir etməli və yenidən açmalıyıq. Bu istiqamətdə işləyirik”, – o qeyd edib.
Qeyd edək ki, Ermənistanla Türkiyə arasında diplomatik münasibətlər yoxdur, iki ölkə arasında quru sərhədi 1993-cü ildən bağlıdır. Son illərdə münasibətlərin normallaşdırılması çərçivəsində xüsusi nümayəndələr səviyyəsində danışıqlar aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 12 Noyabr 2026 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















