Icma.az
close
up
RU
Türkiyə ilə sərhəd açılsa, Ermənistanı nə gözləyir? İrəvanda qorxu

Türkiyə ilə sərhəd açılsa, Ermənistanı nə gözləyir? İrəvanda qorxu

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qərb Ermənistan-Türkiyə sərhədinin açılmasını çox istəyir və ümid edir ki, bu, Rusiyanın mövqeyini zəiflədəcək və onu regiondan sıxışdıracaq. Açılış geosiyasi risklərlə yanaşı, Ermənistan iqtisadiyyatı üçün də təhlükələr yaradır.

Turkustan.az xəbər verir ki, bunu jurnalistlərə Sosial-İqtisadi İnkişaf Mərkəzinin rəhbəri Qaqik Makaryan deyib.

Makaryan qeyd edib ki, qısa müddətdə ilk növbədə tikinti materialları istehsalı və ümumilikdə tikinti sektoru zərər çəkəcək. Kənd təsərrüfatı, mehmanxana biznesi və daşınmaz əmlak sektoru da mənfi nəticələri hiss edəcək. Ona görə də Ermənistan son dərəcə ehtiyatlı və rasional hərəkət etməlidir.

Onun sözlərinə görə, 2023-cü ildə Ermənistan Türkiyədən 336 milyon dollar dəyərində mal idxal edib, cəmi 6,4 milyon dollarlıq məhsul ixrac edib. Makaryan əmindir ki, bu, İrəvanı Ankaranın ilkin şərtlərini yerinə yetirmək və müəyyən güzəştlər etmək bahasına, nəyin bahasına olursa olsun, sərhədlərin açılmasında maraqlı edəcək rəqəm deyil.

“İqtisadiyyatın bəzi sahələrində Türkiyə dünyada lider mövqe tutur: tekstil, sement istehsalı, maşınqayırma, əczaçılıq. Ona görə də belə bir iqtisadi nəhəngin Ermənistan bazarına genişlənməsi ilə nələrin baş verəcəyini düzgün qiymətləndirmək lazımdır”, - ekspert hesab edir.

Yada salaq ki, İrəvan və Ankara uzun müddətdir ki, sərhədlərin ilkin olaraq üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılması ilə bağlı danışıqlar aparır. Əvvəllər mətbuatda sərhədin martın 1-də açılacağı ilə bağlı xəbərlər yayılsa da, sonradan Ermənistan Xarici İşlər Nazirliyi bu məlumatı təkzib edib. Yeri gəlmişkən, Marqara keçid məntəqəsi 2023-cü ilin dekabrından istismara hazırdır. /publika.az/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 27 Fevral 2025 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri