Icma.az
close
up
RU
Türkiyə ilk ramjet mühərrikli raket sistemini təqdim edib Foto

Türkiyə ilk ramjet mühərrikli raket sistemini təqdim edib Foto

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"IDEF 2025"sərgisi, müdafiə sənayesindəki yeni yerli texnologiyalara ev sahibliyi edib. Sərgidə ilk dəfə nümayiş etdirilən sistemlər arasında hava-hava raketləri xüsusi diqqət çəkib. Təqdim edilən yeni nəsil sursatlar yüksək sürət və uzaq mənzil imkanları ilə fərqlənib.

Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, Türkiyənin ilk ramjet mühərrikli hava-hava raketi olan "GÖKHAN" "IDEF 2025" sərgisində ilk dəfə ictimaiyyətə təqdim olunub. TÜBİTAK SAGE tərəfindən hazırlanan bu raket, görmə məsafəsindən kənarda olan hədəfləri vurmaq qabiliyyəti ilə seçilir.

"GÖKHAN" raketi "F-16" qırıcıları başda olmaqla, yerli döyüş təyyarəsi "KAAN", "HÜRJET" və pilotsuz uçuş aparatları olan "Kızılelma" və "ANKA-3" platformalarında istifadə edilə biləcək.

İnkişaf etdirilən ramjet mühərrik texnologiyası sayəsində raket səsdən sürətli rejimdə uzun mənzilli əməliyyat imkanı təqdim edir. Təhlükəsizlik səbəbilə raketin dəqiq mənzili açıqlanmayıb. "GÖKHAN" ikitərəfli məlumat ötürmə sistemi, aktiv itki nəzarəti və inkişaf etmiş naviqasiya texnologiyaları ilə təchiz olunub. O, "Meteor" və "AIM-120D AMRAAM" kimi raketlərlə eyni sinifdə yer alır və yüksək manevr qabiliyyəti ilə hədəfə dəqiqliklə çatması hədəflənir.

Türkiyənin Sənaye və Texnologiya naziri Mehmet Fatih Kacır: “Bu, Türkiyənin ən vacib çəkindirici güclərindən biridir. Ramjet mühərrikli hava-hava raketimiz – "GÖKHAN" layihəsinə əvvəlcədən başlamışdıq. Amma yeni razılaşma ilə, sektoru yaxından izləyənlər üçün belə desək, "Meteor" raketinin yerli analoqu olacaq şəkildə "GÖKHAN"ın mənzilini artırmaq istiqamətində yeni bir layihə başlatdıq”, - deyə bildirib.

Layihə çərçivəsində ilk sınaq atışlarının bu il ərzində həyata keçirilməsi planlaşdırılır. Verilən açıqlamalara əsasən, imzalanan yeni razılaşmalarla "GÖKHAN" raketinin mənzil göstəricilərinin daha da artırılması hədəflənir.

Ramjet mühərriki, hərəkətli hissələri olmayan və birbaşa atmosferdəki oksigendən istifadə etməklə işləyən bir itki sistemidir. Bu mühərriklər yüksək sürətlər üçün nəzərdə tutulub və yanacaqla qarışdırılan sıxılmış havanın yanması nəticəsində itki (itələmə) qüvvəsi yaradır. Ramjet mühərrikinin işləməyə başlaması üçün raketin əvvəlcə səsdən sürətli rejimə çatması lazımdır. Buna görə də bu tip sistemlər adətən döyüş təyyarələri kimi yüksək sürətli platformalardan buraxılır. Bu texnologiya sayəsində raketlər həm daha uzaq məsafəyə çata, həm də yüksək sürətlə hədəfə yönələ bilir.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 26 İyul 2025 18:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see236

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see183

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see182

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see181

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see177

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see159

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see147

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri