Icma.az
close
up
RU
Türkiyə İran gərginliyinin PƏRDƏARXASI

Türkiyə İran gərginliyinin PƏRDƏARXASI

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan "Əl-Cəzirə" kanalına müsahibəsində İranın regional siyasətini tənqid edib.

Fidan İranın bölgədə milislər vasitəsilə apardığı xarici siyasətin böyük risklər daşıdığını bildirib. Türkiyə XİN başçısı, həmçinin bir ölkənin başqa dövlətlərdəki silahlı qrupları dəstəkləyərək üstünlük qazanmağa çalışmasının əks təsir yaradacağını bildirib: "Əgər siz başqasına daş atırsınızsa, unutmayın ki, sizə də daş ata bilərlər."
İran xarici işlər nazirinin müavini Mahmud Heydəri Türkiyə Cümhuriyyətinin Tehrandakı səfiri Hicabi Kırlanğıç ilə görüşüb. Martın 3-ü axşam saatlarında keçirilən görüşdə Türkiyə xarici işlər nazirinin son bəyanatlarına istinad edən Heydəri vurğulayıb: “İki ölkənin ortaq maraqları və regional şərtlərin həssaslığı ikitərəfli münasibətlərdə fikir ayrılıqlarına və gərginliyə səbəb ola biləcək yanlış şərhlər və qeyri-real təhlillərin aparılmamasını tələb edir”

İki ölkə arasında gərginliyi Modern.az-a və şərh edən Milli Məclisin Azərbaycan-İran Parlamentlərarası İşçi Qrupunun üzvü Ceyhun Məmmədov bildirib ki, Türkiyənin qaldırdığı məsələdə haqlıdır:

"Hakan Fidanın səsləndirdiyi bu məsələ özünü Suriyada, İraqda, hətta Yəməndə və digər ölkələrdə də göstərir. Hazırda Suriyada baş verən hadisələrdən narahat olan İran çalışır ki, yenidən öz mövqeyini bərpa etsin. Ona görə də burada yeni silahlı qruplaşmalar yaratmaq üçün müəyyən addımlar atır. Bu da təbii ki, Türkiyənin maraqlarına uyğun deyil. Yəni Türkiyənin belə bir mövqe sərgiləməsinin çox ciddi səbəb və əsasları var. Çünki İranın atdığı addımlar bölgədə müəyyən gərginliklər yaradır. Hətta Türkiyənin daxilində də müəyyən qruplaşmaların yaradılması, İraqda oxşar təşkilatlara dəstək verməsi, zaman-zaman Azərbaycanda da bu istiqamətdə addımların atılmasına cəhdlərin edilməsi ciddi məsələdir və narahatlığa səbəb olur".

C.Məmmədov söyləyib ki, Azərbaycan bu məsələyə fərdi yanaşmalıdır:

"Əslində Türkiyə İrana mesaj vermək istəyirdi ki, Suriyadakı proseslərə müdaxilə edib, yeni silahlı qruplaşmalar yaradaraq hazırki hakimiyyətin devrilməsinə cəhd etməsin. Türkiyə çalışır ki, regionda əlavə qarşıdurmalar olmasın. Türkiyə regionda əsas ölkələrdən biri kimi, bu məsələdə yenidən problem yaşamaq istəmir. Qardaş ölkənin narahatlığı başa düşüləndir. Türkiyənin bu açıqlaması ilə İran siyasətini dəyişən deyil. İran bu məsələni təhlükəsizliyini təmin etmək üçün məcburi atılan addımlar kimi qeyd edir. Müəyyən narahatlıqlar, fikir ayrılıqları  həmişə olub və ola bilər. Bu, təbiidir. İranın bu cür əsaslandırmaları qəbuledilməzdir. Müəyyən fikir ayrılıqları, münasibətlərdə gərginliklər olacaq. Ümumi son dövrlərdə baş verən proseslərə baxanda Azərbaycan-İran münasibəltərinə ayrı-ayrılıqda yanaşmalıyıq. Bütün hallarda Azərbaycan-Türkiyə münasibətləri strateji müttəfiqlik səviyyəsindədir. İranın atdığı bu addımlar isə müəyyən təhdidləri və təhlükələri vəd edir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Mart 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see431

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see302

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see277

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see251

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see235

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see226

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see221

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see217

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see217

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see214

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see202

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see194

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see193

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see192

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see191

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see185

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see185

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see184

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see183

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri