Icma.az
close
up
RU
Müharibə, yoxsa diplomatiya: ABŞ İran danışıqlarının PƏRDƏARXASI

Müharibə, yoxsa diplomatiya: ABŞ İran danışıqlarının PƏRDƏARXASI

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında bu gün yeni danışıqlar raundunun keçiriləcəyini bəyan edib. Onun sözlərinə görə, İranla yanaşı Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı nümayəndələri də ABŞ administrasiyasına müraciət edərək, İrana qarşı planlaşdırılan hərbi zərbələrin dayandırılmasını xahiş ediblər.

Bəs regionda gərginliyin pik həddə çatdığı bir vaxtda tərəfləri masa arxasına gətirən bu danışıqlar reallıqda nə vəd edir?

Mövzuyla bağlı Bakıvaxtı.az-a danışan politoloq Azad Məsiyev bildirib ki, kimin hakimiyyətdə olmasından asılı olmayaraq, ABŞ-nin İranla bağlı dəyişməz bir strategiyası var:

"Bu strategiyanı həyata keçirmək üçün müxtəlif dövrlərdə müxtəlif bəhanələrlə İrana təzyiqlər göstərilib. Bəzən "İran terroru müdafiə edir", bəzən "İran İsraili yer yüzündən siləcək" iddiaları irəli sürülüb. İndi də "İran uranı zənginləşdirir, kütləvi qırğın silahı, nüvə silahı əldə edəcək" bəhanəsilə təzyiqlər olunur və bundan istifadə edərək İranda hərbi əməliyyatlar apardılar. ABŞ-nin strateji məqsədi İranda hakimiyyəti dəyişib özlərinə münasib bir rejim qurmaq, idarə olunan dövlət yaratmaq və ölkəni işğal etməkdir".

Həmsöhbətimizin sözlərinə görə, İranın və İran xalqının özünü müdafiə etmək haqqı var və Tehran rəhbərliyi "özünü müdafiə üçün bütün vasitələr məqbuldur" prinsipini həyata keçirir:

"İranda aparılan əməliyyatlar zamanı Tehran açıq şəkildə bəyan etdi ki, Birləşmiş Ştatların hansı ölkədə bazası varsa, həmin bazalar vurulacaq. Təkcə bazalar yox, Hörmüz boğazının qapadılması da özünümüdafiənin bir tərkib hissəsi idi. Hörmüz boğazının bağlanması dünyada iqtisadi xaos və ərəb dövlətlərində böyük böhran yaratdı. O cümlədən ərəb ölkələrinə sərmayə qoyan ABŞ neft şirkətləri hasil etdikləri xammalı dəniz yolu ilə dünya bazarına çıxara bilmədilər".

A.Məsiyev vurğulayıb ki, bu vəziyyət həm Amerika ictimaiyyətində Tramp hakimiyyətinə qarşı böyük təzyiqlər yaratdı, həm də beynəlxalq aləmdə ciddi etirazlara səbəb oldu:

"Payızda ABŞ-də Konqresə seçkilər keçiriləcək və respublikaçıların reytinqinin sürətlə enməsi demokratlara dividendlər gətirir. Seçkilər demokratların qələbəsi ilə yekunlaşarsa, Trampın impiçment məsələsi gündəmə gələ bilər. Tramp administrasiyası bundan narahatdır və ona görə İrana təzyiq edir ki, hər hansı bir sənədi imzalasın və bunu Amerika ictimaiyyətinə qələbə kimi təqdim etsin. Lokal hərbi əməliyyatların yenidən başlaması İrana növbəti təzyiqdir. Çünki İran Amerikanın diktəsi ilə şərtləri qəbul etmir, öz dövlət və milli maraqlarına uyğun razılaşma istəyir və beynəlxalq hüquq prinsiplərini əsas götürür".

Azad Məsiyev: Hərbi əməliyyatlar region dövlətlərinin strateji maraqlarına birbaşa ziddir

Politoloq əlavə edib ki, hərbi əməliyyatlar region dövlətlərinin strateji maraqlarına birbaşa ziddir:

"Regionda hasil edilən neftin çıxarılmasına məhdudiyyət qoyulması, müxtəlif obyektlərə zərbələrin endirilməsi Fars körfəzi və Hörmüz boğazı ətrafında yerləşən Səudiyyə Ərəbistanı, Qətər, Küveyt kimi ölkələrə birbaşa təsir edir. İranın bu dövlətləri vuracaq kifayət qədər silahı var və hadisələr göstərdi ki, həmin ölkələrin hava hücumundan müdafiə sistemləri qənaətbəxş deyil, özlərini qorumaq imkanına malik deyillər. ABŞ-nin məqsədi regionda xaos yaradıb özünə münasib şərait qurmaqdır. Vaşinqton İranla danışıqlar aparıb razılığa gəlsə belə, bunu yalnız 'taym-aut' kimi qəbul edəcək. Çünki payız seçkilərindən sonra İsrailin də bu məsələdə öz marağı var. İsrail Amerika siyasi hakimiyyətinə və dünya yəhudi lobbisinə təsir gücünə malikdir. Bu baxımdan əldə olunacaq hər hansı razılaşma müvəqqəti xarakter daşıyacaq".

Ekspertin fikrincə, Birləşmiş Ştatların strateji məqsədləri olsa da, onların da gücünün bir həddi var:

"İrandakı hərbi əməliyyatlar göstərdi ki, ABŞ hər şeyə qadir deyil. İran da müttəfiqlərindən dəstək alaraq özünü müdafiə edir. Hörmüz boğazı ətrafındakı ərəb dövlətləri münaqişənin dayandırılmasında maraqlıdır, çünki müharibənin alovlanması onların milli təhlükəsizliyinə birbaşa təhdiddir. Buna görə də onlar və neft maqnatları atəşkəsin əldə olunması üçün Tramp administrasiyasına təzyiq göstərirlər".

Müsahibimiz onu da qeyd edib ki, ABŞ təkcə İranı nəzarətə götürmək yox, dünyanın enerji daşımalarının 20%-nin keçdiyi Hörmüz boğazına yiyələnməklə qlobal iqtisadi sistemə təsir rıçaqları əldə etmək istəyir:

"Boğaza nəzarət etməklə ABŞ həm Rusiyanın cənub cinahını bağlamaq, həm də Çinə gedən neftin qarşısını almaq niyyətindədir. Lakin bu əməliyyat siyasi baxımdan fiyaskoya uğradı. Çünki ABŞ müttəfiqləri ilə məsləhətləşmədən, təkbaşına və İsrailin təsiri altında bu addımı atdı. İsrail bu münaqişənin alovlanmasında birbaşa maraqlıdır və Tramp administrasiyasına təzyiq edib. Nəticədə Birləşmiş Ştatlar dünyada xaos yaradır və bu xaosun fonunda öz maraqlarını yürütməyə çalışır".

Zeynəb Rzayeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 03 Avqust 2026 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see301

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see301

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see294

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see290

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see284

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see282

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see278

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see273

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see266

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see249

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see246

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see238

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see232

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see230

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see230

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see228

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see215

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see215

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri