Icma.az
close
up
RU
Türkiyə İrana uçuşları dayandıracaq

Türkiyə İrana uçuşları dayandıracaq

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyə İranın "Mahan Air" aviaşirkətinin iki ölkə arasında həyata keçirdiyi reysləri dayandıracaq.

Modern.az "Middle East Eye"a (MEE) istinadən xəbər verir ki, bu barədə nəşrə Türkiyə rəsmiləri bildiriblər.

Qərar "Mahan Air"in Türkiyə və İran arasındakı bütün uçuşlarına şamil ediləcək.

Buna səbəb ABŞ-nin İranın "Mahan Air" aviaşirkətinə xidmət göstərən Türkiyə şirkətlərinə qarşı sanksiyalar tətbiq etməsidir. Qərar sentyabrın 21-dən qüvvəyə minəcək.

Bu ayın əvvəlində ABŞ Maliyyə Nazirliyi İranın mülki aviaşirkətlərinə, yerüstü xidmət və yükdaşıma şirkətlərinə, eləcə də aviasiya komponentləri təchizatçılarına qarşı sanksiyalar elan edib. Sanksiya siyahısına Türkiyənin üç şirkəti - "S Sistem", "Mes Cargo" və "Sky Phoenix" daxil edilib. Amerika idarəsinin məlumatına görə, onlar "Mahan Air"ə xidmətlər göstərib, o cümlədən təyyarələrin tədarükündə və alınmasında iştirak edib, həmçinin satış üzrə xidmətlər təqdim ediblər.

Şirkətlərə sanksiyaya məruz qalmış təşkilatlarla əməkdaşlığı dayandırmaq üçün qısa müddət verilib. ABŞ Maliyyə Nazirliyi üçüncü ölkələrdən olan xidmət təchizatçılarına qarşı da mümkün tədbirlər barədə xəbərdarlıq edib.

"İndi risk 'Mahan Air'ə xidmət edən hər hansı bir Türkiyə təşkilatına – hava limanı və yerüstü xidmətlərdən tutmuş bilet satışı və bank əməliyyatlarına qədər şamil edilir. Bu, işdə fasilələrə və yeni araşdırmalara səbəb ola bilər", - deyə "Middle East Eye"ın həmsöhbətlərindən biri bildirib.

Digər Türkiyə rəsmiləri isə vurğulayıblar ki, söhbət İranın bütün aviaşirkətlərinin uçuşlarına qadağa qoyulmasından getmir. Ankara Tehranla olan aviasiya sazişini, uçuşların təhlükəsizliyini və ABŞ-ın Türkiyə şirkətlərinə qarşı mümkün yeni sanksiyalarını nəzərə alaraq digər daşıyıcılarla bağlı riskləri qiymətləndirməyə davam edəcək.

"Mahan Air" Türkiyəyə tez-tez uçuşlar həyata keçirirdi, o cümlədən İstanbul və Tehran arasında gündə ən azı üç reys icra edirdi. Aviaşirkət sentyabrın 21-dən Türkiyəyə və oradan olan uçuşları dayandıracağını təsdiqləyib. Daşıyıcı həmçinin Oman və Gürcüstana uçuşların dayandırıldığını da bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 Sentyabr 2026 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see483

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see377

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see342

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see304

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see290

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see265

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see251

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see251

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see245

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see241

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see235

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see226

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see225

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see222

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see215

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see214

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see201

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see197

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see197

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri