Türkiyə kanalı Qarabağ haqqında sənədli film hazırladı
Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyənin "TRT Belgesel” kanalı “Qarabağ” haqqında sənədli film hazırlayıb.
Moderator.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, üç seriyadan ibarət olan "Qol atan cəbhəyə: “Qarabağ" adlı film komandanın tarixindən bəhs edir.
Filmdə Ağdam təmsilçisinin torpaqlarımızın işğal altında olduğu vaxtlardan bu günə qədər gələn yolu təsvir olunub. Burada komandanın üzləşdiyi çətinliklər, futbolçuların həm cəbhədə, həm də meydanda fədakarlıqla mübarizə aparması, son 11 ildəki yüksəlişi ilə əldə etdiyi uğurlar da əksini tapıb.
Qeyd edək ki, sənədli filmin ilk seriyası bu gün - Zəfər Gününün ildönümündə "TRT Belgesel"də Bakı vaxtı ilə saat 21:00-da nümayiş olunacaq.
Baxış sayı:117
Bu xəbər 08 Noyabr 2024 12:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















