Icma.az
close
up
RU
Türkiyə klubu 900 minə aldığı oyunçunu 15 milyona satdı!

Türkiyə klubu 900 minə aldığı oyunçunu 15 milyona satdı!

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyənin elita təmsilçisi ''Göztəpə'' mühüm bir satışla diqqət mərkəzinə düşüb. İzmir təmsilçisinin braziliyalı forvardı Juan Santos yeni mövsümü Rusiyada keçirəcək.

Belə ki, ''Göztəpə'' ilə ÇSKA arasında anlaşma əldə olunub. Superliqada əcnəbi investorlara məxsus yeganə klub statusunda olan ''Göztəpə''nin sahibi ''Sport Republic'' şirkətidi. ''Sarı-qırmızılar'' bu şirkətin əlinə keçdikdən bu yana həm sabitlik yaxalayaraq elitaya yüksəliblər, həm də hər yay bir bahalı satış həyata keçirirlər.
''Göztəpə'' 24 yaşlı Juan Santosu ötən mövsümün qış transfer dönəmində ''Lill''ə satmaqdan imtina etmiş və 15 milyon avroluq təklifi geri çevirmişdi. Ancaq bu dəfə Rusiya klubunun rəsmiləri eyni məbləğ qarşısında transferi başa çatdırmağa müvəffəq olublar. Anlaşmada 15 milyon avrodan başqa bonuslar da mövcuddu. ''Göztəpə'' hazırda Sloveniyada toplanışdadı. Son matçlarda məşqçilər korpusu zədə amilini nəzərə alaraq transfer üzündən bu futbolçunu demək olar, oynatmırdı. Juan Santosun artıq komanda yoldaşları və məşqçilərlə vidalaşaraq toplanışı tərk etdiyi bildirilir.
Maraqlıdı ki, ''Göztəpə'' bu hücumçunu 2024/25-də ''Sauthempton''dan icarəyə götürmüş, ötən yay isə cəmi 900 min avro ödəyərək onu daimi əsasda transfer etmişdi. Hərçənd ''Sauthempton'' özü də ''Sport Republic'' şirkətinə məxsusdu. Juan geridə qoyduğumuz mövsümdə 32 superliqa matçında 11 qol, 4 məhsuldar ötürməlik diqqətçəkən performans sərgiləmişdi.
Xatırladaq ki, ''Göztəpə'' ötən yay bir başqa braziliyalı forvard Romulonu 20 milyon avro qarşılığında ''Leyptsiq''ə göndərərək tarixinin ən bahalı satışını reallaşdırmışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 29 İyul 2026 09:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see534

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see277

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see277

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see267

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see258

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see249

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see241

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see232

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see226

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see224

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see219

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see216

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see210

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see208

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see198

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see196

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see189

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see186

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see183

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri