Türkiyə klubu Braziliya millisinin müdafiəçisini transfer etmək istəyir
Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Flamenqo"nun müdafiəçisi Leo Pereyra karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Beşiktaş" braziliyalı futbolçunu transfer etmək istəyir. "Sözcü" nəşri məlumat yayıb.
İstanbul nəhəngi Pereyra üçün 15 milyon avroluq təklif göndərib. Qarşı tərəf isə 18 milyon avro tələb edir.
Klublar arasında danışıqlar davam edir və transferin reallaşmaq ehtimalı yüksək qiymətləndirilir.30 yaşlı mərkəz müdafiəçisi özü Türkiyə klubuna keçməyə isti yanaşır.
Qeyd edək ki, Leo Pereyra 2020-ci ilin yanvarından "Flamenqo"da çıxış edir. Braziliya millisinin üzvü cari mövsümdə A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 34 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
Baxış sayı:120
Bu xəbər 29 Avqust 2026 13:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















