Türkiyə Livanda atəşkəs üçün aparılan danışıqların müsbət nəticəsini alqışlayır
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Livanda atəşkəs üçün aparılan danışıqların müsbət nəticəsini alqışlayırıq.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Bundan əlavə, rəsmi Ankaranın atəşkəsin daimi olacağına ümid etdiyi vurğulanır:
“Beynəlxalq ictimaiyyət atəşkəs rejiminə ciddi əməl etməsi və Livanda vurduğu zərərin ödənilməsi üçün İsrailə təzyiq etməlidir. Türkiyə Livanda sülhünün bərqərar olması üçün lazımi dəstəyi verməyə hazırdır. Bu münasibətlə xatırlatmaq istərdik ki, bölgədə sülh və sabitliyin təmin edilməsi üçün Qəzzada ən qısa zamanda daimi və hərtərəfli atəşkəs elan edilməli və İsrailin təcavüzkar siyasətinə son qoyulmalıdır”.

Türkiyə Livanda atəşkəs üçün aparılan danışıqların müsbət nəticəsini alqışlayır
27 Noyabr 2024 12:27
Al Jazeera: Livanda atəşkəs təkcə Hizbullah üçün
04 Dekabr 2024 13:13
Ərdoğan: Türkiyə İsraildən Livanda atəşkəs şərtlərini yerinə yetirməsini gözləyir
27 Noyabr 2024 15:01
Benyamin Netanyahu Livanda atəşkəs üçün yaşıl işıq yandırıb
25 Noyabr 2024 15:02
Ərdoğan: Türkiyə Livanda daimi atəşkəsin təmin edilməsi üçün səy göstərəcək
06 Dekabr 2024 15:16

