Türkiyə mediası: Azərbaycanın Zəfərindən sonra bərpa edilən Əsgəran qalası ziyarət üçün açılıb
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Ankara, 11 noyabr, AZƏRTAC
274 il əvvəl Qarabağ hökmdarı Pənahəli xan tərəfindən tikilmiş Əsgəran qalası bərpadan sonra ziyarət üçün yenidən açılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Anadolu Agentliyinin Azərbaycanın işğal olunmuş əraziləri barədə reportajında deyilir.
Qardaş ölkənin aparıcı media orqanlarından biri erməni işğalı illərində tarixi qalanın baxımsız vəziyyətinə diqqət çəkib.
Reportajda deyilir: “Azərbaycanın Qarabağ müharibəsində Zəfərindən sonra qalanın bərpasına başlanılıb və işlərin əksəriyyəti artıq başa çatıb. Bu gün Əsgərandakı qala bir daha Azərbaycan sakinlərini və qonaqları əvvəlki əzəməti ilə sevindirir”.
Agentlik qeyd edir ki, 1751-ci ildə müdafiə məqsədilə tikilmiş qala divarlarının hündürlüyü bəzi yerlərdə 12, eni isə iki metrə çatır.
Reportajda, həmçinin Azərbaycanın bərpa olunmuş tarixi irs obyektinin illüstrasiyaları da yer alıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 11 Noyabr 2025 19:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















