Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Azərbaycan memarlığının nadir nümunələri Əsgəran qalası

Azərbaycan memarlığının nadir nümunələri Əsgəran qalası

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan dövləti xalqımızın milli-mədəni irsinin qorunub saxlanmasına xüsusi diqqət və qayğı göstərir. Torpaqlarımız işğal altında olduğu dövrdə Ermənistan tərəfindən dağıdılan, məhv edilən irsimiz, o cümlədən tarixi, dini abidələrimiz bu gün dövlətimiz tərəfindən təmir-bərpa edilir, yenidən qurulur. Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi ilə Heydər Əliyev Fondu da bu işlərə mühüm töhfə verir. Şuşada Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, Vaqifin büstünün, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəlinin yenidən qurulması, eyni zamanda, Mehmandarovların malikanə kompleksinin təmiri, Zəngilan məscidinin bərpası, Ağdam Cümə məscidinin tikinti-bərpası görülən işlər sırasındadır. Görülən tədbirlər, eyni zamanda, bölgənin turizm potensialının inkişafına müsbət təsir göstərir. Bu baxımdan, Əsgəran qala-kompleksinin bərpası, tarixən malik olduğu şöhrətinin özünə qaytarılması xalqımızın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin tanıdılmasına xidmət edir. Qarabağın hakimi Pənahəli xanın göstərişi ilə inşa olunan XVIII əsrə aid Əsgəran qalası Azərbaycan memarlığının nadir nümunələrindəndir. Qala Şuşadan 24, Xocalıdan isə 5 kilometr məsafədə yerləşir.

ƏSGƏRAN QALASI SEPERATCILARDAN AZAD EDİLDİ

Xocalı şəhəri 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduqdan sonra qala dağıntılara məruz qalmışdı. Bu abidə işğalçılar tərəfindən erməniləşdirilməyə məruz qalan abidələrmizdən biridir. Ermənistan tərəfi işğal dövründə Əsgəran qalasında qanunsuz “bərpa-tikinti” işləri aparıb, özünküləşdirmək naminə tarixi abidənin görkəminə ciddi zərər vurublar.

2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra Əsgəran qalası da separatçılardan azad edilib. İndi qala Azərbaycan dövləti tərəfindən bərpa olunur. Qala-kompleksinin dizayn layihəsi “Mədəni və təbii irs”, “İnfrastruktur və xidmətlər”, “Əyləncə və istirahət”, “Marketinq və təşviqat” olmaqla, 4 istiqaməti əhatə edən konsept üzrə hazırlanıb. Layihəyə əsasən, qalanın konservasiyası, möhkəmləndirilməsi, arxeoloji qazıntıların aparılması və açıq səma altında tarixi parkın yaradılması nəzərdə tutulur.

Qalanın salınması Qarabağ xanlığının yüksəliş dövrünə təsadüf edib. Sağ sahil istehkamı bürclərlə möhkəmləndirilmiş ikiqat daş divarlardan ibarətdir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanış olublar

YERİN ADI İLƏ ƏSGƏRAN ADLANDIRILMIŞDIR

Mənbələrdə qeyd olunur ki, Əsgəran qalası 1993–2023-cü illər aralığında erməni işğalı altında olmaqla yanaşı, həm də erməniləşdirilməyə də məruz qalmışdır. Belə ki, Şaqen Mkrtçyanın "Историко–архитектурные памятники Нагорного Карабаха" (Dağlıq Qarabağın tarixi – memarlıq nümunələri) adlı kitabında bölgədəki digər abidələrlə yanaşı Əsgəran qalası da mənimsənilərək tarixi tamamilə təhrif olunub. Kitabda qalanın adı Mayraberd–Əsgəran kimi göstərilir. Qalanın adının necə yarandığını açıqlayan müəllif onun orta əsr erməni kəndi olan Mayraberd kəndi yaxınlığında salındığından kəndin adı ilə Mayraberd, qoşunların dayanacaq yeri olduğu üçün isə Əsgəran adlandırıldığını bildirir. Qalanın adına gəldikdə, məlumdur ki, Azərbaycanın bu bölgəsində nə orta əsrlərdə, nə də sonra bu adda yer adına, nə də toponimikasında bu cür mənşəli sözə rast gəlinməyib. Qalanın adının ikinci hissəsinə gəlincə isə Əsgəranı rus variantında Askeran səsləndirən müəllif açıq şəkildə saxtakarlığa əl atdığını büruzə verir, Əsgəran sözünün mənşəyinə gəldikdə isə "Azərbaycan toponimləri. Ensiklopedik lüğət"də toponim XVIII əsrdə Qarabağ xanı Pənahəli xanın (digər məlumata görə Mehrəli xanın) tikdirdiyi Əsgəran qalasının adı ilə əlaqələndirilir. Qalanın adı isə Əsgəran adlı yerlə bağlanaraq, Azərbaycan dilindəki əski (köhnə, qədim) sözündən və Aran toponimindən ibarət olduğu göstərilir. Qiyasəddin Qeybullayev Əsgəran toponimini Azərbaycan dilindəki əski – "qədim", "köhnə" sözündən və Arran etnonimindən ibarət olduğunu yazır: "Əsgəran rayonu ərazisində Pənah xan tərəfindən tikilmiş "Əsgəran" qalasının xarabalıqları vardır. Qala yerin adı ilə Əsgəran adlanmışdır, başqa sözlə qala tikilməzdən əvvəl ərazi ətraf əhali içərisində Əsgəran, (yəni Əski Aran) adı ilə məlum idi".

KOMPLEKS ƏRAZİSİNDƏ FESTİVAL VƏ TƏDBİRLƏR KECİRİLƏCƏK

Qalanın tikilmə tarixindən söz açan erməni müəllif onun 1778–1779-cu illərdə müdafiə məqsədilə tikildiyini bildirsə də, qalanın kimin tərəfdən inşa olunduğunu qeyd etməyi lüzum görmür. Qeyd etmək lazımdır ki, müəllif qalanın tikilmə tarixini də yanlış göstərir. Əsgəran qalasının tikilmə tarixi və onu tikdirənin adı müxtəlif mənbələrdə müxtəlif cür yazılmışdır. Bu qalaların ətrafı möhkəm dağlar, meşələr, daşlar, qayalar və böyük səhralardır. Düşmənçilik zamanı elat xalqı və başqaları orada sığınacaq ediblər. Qalalarda tüfəngçilər qoyarlarsa düşmən oradan keçib, zülm və talan etmək fıkri ilə əlini uzadıb xalqın mal–qarasını qarət və talan edə bilməz. Qalanın müəllifi və tikilmə tarixi nisbətən mübahisəli olsa da çox güman ki, qalanın inşasının əsası Mehrəli xan Qarabaglı tərəfindən qoyulmuş, İbrahim xan tərəfindən isə davam etdirilərək başa çatdırılmışdır. Qalanı tikdirənin adını çəkməməsi məlumdur ki, erməni müəllifinin maraqlarından kənardır Bütün bürclər ikimərtəbəli olub, bir-birləri ilə ikimərtəbəli qala dəhlizləri ilə birləşdirilib.

Qala ərazisində müxtəlif rekreasiya xidmətlərinin də təklif olunduğu yaşayış kompleksinin inşası, daxili yol şəbəkəsinin (piyada və nəqliyyat) hazırlanması planlaşdırılır. Kompleks ərazisində ilin dörd fəslində festival və mədəni tədbirlərin keçirilməsi, idman, istirahət və əyləncə, ticarət, ictimai iaşə və digər sahələr üzrə müvafiq infrastrukturun yaradılması nəzərdə tutulur. Bu gün ölkəmizdə bütün dini abidələr dövlət tərəfindən qorunur, bərpa edilir, eləcə də bir çoxları yenidən tikilir. Dövlətimiz tərəfindən tarixi-mədəni irsin, eləcə də dini ziyarətgahların, maddi-mədəniyyət abidələrinin bərpası və mühafizəsi daim diqqət mərkəzində saxlanılır və bu siyasət işğaldan azad olunmuş torpaqlarımızda da uğurla davam etdirilir.

Nəzakət ƏLƏDDİNQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:294
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 21 Fevral 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see309

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see277

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see276

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see257

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see251

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see239

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see232

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see229

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see223

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see217

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see207

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see201

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see196

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see190

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see189

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see184

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see184

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see182

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see173

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri