Türkiyə millisində İspaniya ilə matç öncəsi ciddi itkilər
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyə milli komandası DÇ-2026-nın seçmə mərhələsinin 6-cı turu çərçivəsində səfərdə İspaniyanın qonağı olacaq.
“Qafqazinfo” xəbər verir ki, “ay-ulduzlular” matça ciddi itkilərlə çıxacaq. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.
Kaan Ayhan (“Qalatasaray”), Aral Şimşir (“Midyullan”), Abdulkerim Bardakcı (“Qalatasaray”) Kerem Aktürkoğlu (“Fənərbaxça”) zədə səbəbindən heyətdən kənarlaşdırılıb. Zədəli futbolçular komanda ilə birlikdə səfərə aparılmayıb. Bundan başqa cəzalı durumda olan İsmail Yüksek də heyətdə yer almır. Dünən isə Hakan Çalhanoğlu zədə səbəbindən düşərgəni tərk edib.
Qeyd edək ki, İspaniya - Türkiyə qarşılaşması sabah Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 17 Noyabr 2025 16:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















