Türkiyə millisinin futbolçusu İngiltərə klubunun hədəfində
Icma.az, Teleqraf.com saytına istinadən bildirir.
Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Barış Alper Yılmaz karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Teleqraf.com "Fotomaç"a istinadən xəbər verir ki, hazırda 24 yaşlı yarımmüdafiəçinin "Vest Hem"ə keçidi gündəmdədir.
"Cim Bom" ötən yay "Nottingem Forest"in təklif etdiyi 20 milyon avroluq, bu yaxınlarda isə "Vest Hem"in 30 milyon avroluq təklifini rədd etmişdi. İstanbul klubu "çəkicdöyənlər"dən 40 milyon avro tələb edib. Tərəflərin danışıqlar apardığı bildirilir.
Qeyd edək ki, Türkiyə millisinin də üzvü olan Barış Alper Yılmaz cari mövsüm 29 oyunda 11 qol və 1 məhsuldar ötürmə müəllifi olub.

Türkiyə millisinin üzvü İngiltərə klubunun hədəfində İdmanXəbər
02 Dekabr 2024 21:47
İngiltərə klubunun futbolçusu Türkiyə millisinin heyətindən çıxarıldı
12 Noyabr 2024 18:05
Türkiyə millisinin futbolçusu Barselona nın hədəfində
23 Fevral 2025 21:00
İngiltərə millisinin sabiq futbolçusu
19 Fevral 2025 20:17
İngiltərə klubunun futbolçusu QƏZA KEÇİRDİ
07 Dekabr 2024 23:49

