Türkiyə millisinin futbolçusu zədələndi
Qol.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyə milli komandasının üzvü Kərəm Aktürkoğlu zədələnib.
QOL.az xəbər verir ki, futbolçu 2026-cı il dünya çempionatının hazırlıq məşqləri zamanı zədə alıb.
İkitərəfli oyun zamanı ayağı qazona ilişən 27 yaşlı oyunçu ağrılar içində yerə yıxılıb. Tibb heyətinin ilkin müdaxiləsindən sonra diz nahiyəsi sarınan və yeriməkdə çətinlik çəkən ulduz futbolçu meydandan xüsusi avtomobillə çıxarılaraq bazaya aparılıb. Hazırda onun səhhətinin dəqiqləşdirilməsi üçün hərtərəfli müayinələr davam etdirilir.
Jurnalist Ertan Süzgünün məlumatına görə, təxminən 10 gün yaşıl meydanlardan uzaq qalacağı gözlənilən futbolçunun mundialda iştirakına heç bir maneə yoxdur.
Qeyd edək ki, indiyədək Türkiyə yığmasının formasını 51 dəfə geyinən Kərəm Aktürkoğlu bu qarşılaşmalarda 15 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Baxış sayı:98
Bu xəbər 24 May 2026 20:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















