Türkiyə MN: Rusiyaya məxsus PUA nəzarətdən çıxaraq ərazilərimizə daxil olub
Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyənin milli müdafiə naziri Yaşar Gülər 15 dekabr tarixində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 təyyarələri tərəfindən vurulan Rusiyaya məxsus pilotsuz uçuş aparatının (PUA) nəzarətdən çıxaraq Türkiyə ərazisinə daxil olduğunu bildirib.
APA-nın Türkiyə bürosunun xəbərinə görə, nazir PUA ilə bağlı araşdırmaların davam etdiyini qeyd edib:
“15 dekabr tarixində F-16 təyyarələrimiz tərəfindən vurularaq salınan PUA aşkarlanması çətin olan bir hava vasitəsi idi. Onu vaxtında aşkar edən əməkdaşlarımıza təşəkkür etmək istəyirəm. Rusiya–Ukrayna müharibəsi səbəbilə Qara dənizdə pilotsuz uçuş aparatları (PUA) və pilotsuz dəniz vasitələri (PDV) intensiv şəkildə istifadə olunur. Bizim vurduğumuz PUA da nəzarətdən çıxmış bir hava vasitəsi idi”, – deyə nazir bildirib.
Qeyd olunub ki, PUA-nın qalıqları tapıldıqdan sonra ətraflı araşdırma aparılacaq və nəticələr barədə ictimaiyyətə məlumat veriləcək.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:71
Bu xəbər 20 Dekabr 2025 12:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















