Icma.az
close
up
RU
Türkiyə Müdafiə Nazirliyi: Aralıq dənizinin bizə aid kontinental şelfində istənilən təşəbbüs Ankara ilə koordinasiya edilməlidir

Türkiyə Müdafiə Nazirliyi: Aralıq dənizinin bizə aid kontinental şelfində istənilən təşəbbüs Ankara ilə koordinasiya edilməlidir

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ankara, 7 avqust, AZƏRTAC

Türkiyə Şərqi Aralıq dənizində BMT tərəfindən 18 mart 2020-ci ildə sərhədləri haqqında məlumatın verildiyi kontinental şelfdə suveren hüquqları və yurisdiksiyasından istifadə edir. Bu dəniz zonasında istənilən təşəbbüs Ankara ilə koordinasiya edilməlidir.

AZƏRTAC xəbər verir ki, bu barədə avqustun 7-də Türkiyə Milli Müdafiə Nazirliyi Aralıq dənizində yeni sualtı kabelin çəkilməsi layihəsinə rəsmi Ankaranın bir qədər əvvəlki reaksiyasını şərh edərkən bildirib.

“Türkiyənin mövqeyinə məhəl qoymayan geoloji kəşfiyyat, elmi araşdırma və ya hər hansı digər təşəbbüslər, o cümlədən “Great Sea Interconnector”un elektrik şəbəkəsinə qoşulması layihəsinin qarşısı qətiyyətlə alınacaq”, - deyə bəyan edən Türkiyə Müdafiə Nazirliyi ölkənin Aralıq dənizindəki vəziyyəti yaxından izlədiyini vurğulayıb.

Nazirlik qeyd edib ki, avqustun 5-də Cəbəllütariq bayrağı altında üzən FUGRO GAUSS tədqiqat gəmisi tərəfindən geoloji kəşfiyyat üçün ərazi ayıran beynəlxalq naviqasiya xəbərdarlığı Türkiyənin Aralıq dənizindəki kontinental şelfinin də bir hissəsini əhatə edir.

Milli Müdafiə Nazirliyi bildirib: “Bununla bağlı Türkiyə Xarici İşlər Nazirliyi müvafiq xəbərdarlıq edib və “Navtex” bildirişi də verilib. Türkiyə Hərbi Dəniz Qüvvələrinin gəmiləri təyin olunmuş əraziyə yerləşdirilib və hava patrullarının növbətçiliyi həyata keçirilir. Ankara yuxarıda adıçəkilən gəminin hərəkətlərini diqqətlə izləyir və sərhədlərin pozulması cəhdi olarsa, Türkiyə Müdafiə Nazirliyi lazımi addımları atacaq”.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:126
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Avqust 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri