Türkiyə Müdafiə Nazirliyindən Yunanıstanın İstanbul təxribatına reaksiya
Icma.az bildirir, Sherg.az portalına istinadən.
Türkiyə Müdafiə Nazirliyi Yunanıstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Dimitrios Xupisin Yunan Pravoslav Kilsəsinin patriarxı Varfolomeyə İstanbulu Türkiyədən kənarda göstərən “xəritə” hədiyyə etməsinə reaksiya verib.
Teleqraf xəbər verir ki, bu barədə nazirliyin sözçüsü Zəki Aktürk brifinqdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“Bir mesajı çatdırmaq üçün keçmişin alətləşdirilməsi nostalji təsəllidən başqa bir şey deyil. İki ölkə liderlərinin irəli sürdüyü konstruktiv yanaşmaları pozmağa, türk və yunan xalqları arasında nifaq salaraq siyasi karyera qurmağa çalışanları nostalji təsəllilərdən əl çəkib reallığı görməyə, anlamağa və qəbul etməyə dəvət edirik”, - qurum rəsmisi vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 05 İyun 2025 14:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















