Icma.az
close
up
RU
Türkiyə ordusu Ukraynaya daxil olarsa nə baş verər? Ekspert mümkün ssenariləri AÇIQLADI

Türkiyə ordusu Ukraynaya daxil olarsa nə baş verər? Ekspert mümkün ssenariləri AÇIQLADI

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyə atəşkəsdən sonra Ukraynaya sülhməramlı qüvvə göndərə bilər.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama yayıb.

Nazirlikdən bildirilib ki, Türkiyə Rusiya – Ukrayna müharibəsində daimi atəşkəsin təmin olunması məqsədilə həyata keçiriləcək bütün konstruktiv təşəbbüslərə töhfə verməyə hazırdır.

Türkiyənin Ukraynaya mümkün sülhməramlı qüvvə göndərməsi bölgədə hərbi balansı necə dəyişə bilər?

Redaktor.az-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert, ehtiyatda olan polkovnik Elşad İsayev bildirdi ki, Rusiya – Ukrayna münaqişəsinin həlli olduqca mürəkkəb prosesdir:

"Hadisələrin gedişi göstərir ki, müharibənin dayandırılması və davamlı sülhün əldə olunması ilə bağlı ümidlər hələlik zəifdir. ABŞ, Avropa Birliyi, Rusiya və Ukraynanın bu məsələyə fərqli mövqelərdən yanaşdıqları açıq-aydın görünür. Tərəflər arasında çoxsaylı problemlər və maraqlar mövcuddur ki, bu da münaqişənin həllini uzadır. Hazırda danışıqlar və müzakirələr gərgin və mürəkkəb şəraitdə davam edir. Bu mərhələdə konkret proqnozlar vermək olduqca çətindir".

Müsahibimiz əlavə etdi ki, Türkiyə ordusu bu gün dünyanın ən güclü ordularından biridir və bu sahədə zəngin təcrübəyə malikdir.

"Türkiyə Silahlı Qüvvələri müxtəlif bölgələrdə bu cür missiyalarda iştirak edib və kifayət qədər praktiki təcrübə qazanıb. Rusiya – Ukrayna münaqişəsi kontekstində Türkiyə ordusunun həmin əraziyə yerləşdirilməsi məsələsi isə yalnız müəyyən razılaşmalar və sülh planı çərçivəsində mümkün ola bilər. Əgər Türkiyə və ya hər hansı digər ölkənin ordusu bu bölgəyə daxil olacaqsa, onların konkret vəzifələri aydın şəkildə müəyyənləşdirilməlidir: hansı işləri görəcəklər, necə və hansı formatda fəaliyyət göstərəcəklər. Bu cür məsələlər olduqca həssasdır və ən xırda detallara qədər dəqiqləşdirilməsini tələb edir. Məhz buna görə də Ukraynada münaqişənin yaxın vaxtlarda başa çatacağına və bölgəyə sülhməramlı qüvvələrin yerləşdiriləcəyinə inanmaq hələlik çətindir. Şübhəsiz ki, bütün tərəflər insanların həlak olmamasını, şəhər və kəndlərin dağıdılmamasını, sülhün bərqərar olmasını istəyir. Lakin mənim fikrimcə reallıqda böyük güclərin maraqları bu prosesləri daha da ləngidir. Bütün bunlara baxmayaraq, Türkiyə tərəfinin bu istiqamətdə irəli sürdüyü təşəbbüs təqdirəlayiq hesab edilə bilər", - deyə Elşad İsayev vurğuladı.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:45
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 08 Yanvar 2026 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see201

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see183

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see174

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see144

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see140

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see133

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see127

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see127

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see126

ABŞ ın 2027 ci il üçün hərbi büdcəsi 1,5 trilyon dollar olacaq

08 Yanvar 2026 02:03see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri