Icma.az
close
up
RU
ABŞ İsrail İran münaqişəsində nüvə silahı istifadə edilsə nə baş verər? Ekspert AÇIQLADI

ABŞ İsrail İran münaqişəsində nüvə silahı istifadə edilsə nə baş verər? Ekspert AÇIQLADI

Icma.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Dünyada geosiyasi gərginliyin artması təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib. Xüsusilə Yaxın Şərq regionunda baş verən hadisələr və müxtəlif dövlətlər arasında  münasibətlərin kəskinləşməsi nüvə silahı ilə bağlı narahatlıqları artırıb. Belə gərginliklər qlobal təhlükəsizlik üçün ciddi risklər yarada bilər. Mümkün münaqişələr zamanı nüvə silahından istifadə ehtimalı da müzakirə məsələsinə çevrilib. Bu isə yalnız müharibədə iştirak edən ölkələr üçün deyil, həm də regiona yaxın dövlətlər üçün müxtəlif təhlükələr yarada bilər. Belə bir vəziyyətdə diqqət yetirilən əsas məsələlərdən biri də mümkün risklərin miqyası və yaxın regionlarda yerləşən ölkələrin hansı təhlükələrlə üzləşə biləcəyidir. 

Məsələ ilə bağlı hərbi ekspert Üzeyir Cəfərov Avtosfer.az-a açıqlamasında bildirib ki, nüvə silahı ona görə qorxuludur ki, zərbə dalğası, şüalanması, o cümlədən radiasiya minlərlə yox, milyonlarla insanın həyatına son qoya bilər:

“Nüvə silahı adi silahlardan əlbəttə ki, fərqlənir və burada adından da göründüyü kimi atom nüvəsinin parçalanması və sintezi reaksiyası hesabına baş verir. Bu da hədsiz dərəcədə yüksək partlayışa, gücə və çoxsaylı zədələyici amillərə gətirib çıxarır. Yaponiyanın Hiroşima və Naqasaki şəhərlərinə qarşı ABŞ-nin vaxtilə istifadə etdiyi bu silah bu gün də bəzilərinin əlində həm çəkindirici rol oynayır. Yəni bəzi ölkələr bundan istifadə edir. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 5 daimi üzvünün də bu silahlardan var. Amma bəzi hallarda onlar bu nüvə silahından şantaj məqsədləri üçün istifadə etməyə çalışırlar. Rusiya-Ukrayna müharibəsinin bu 5 ilində biz az qala 55 dəfə, bəlkə də yüzlərlə dəfə Rusiya rəhbərliyi və ABŞ tərəfindən nüvə silahları olduğuna görə təhdidlər eşitdik, indi də ABŞ–İsrail və İran bir-birinə qarşı bu hədələrdən istifadə edirlər. ABŞ-nin də, İsrailin də nüvə silahı var, bu sirr deyil. Amma İranın zənginləşdirilmiş uranı və nüvə texnologiyaları var, lakin nüvə silahının İranda olması ilə bağlı hər hansı bir dəqiq məlumat yoxdur. Nəzəri baxımdan hər şey mümkündür, yəni İrana qarşı ola biləcək zərbələrdən danışmaq olar”.

Ekspertin sözlərinə görə, nüvə silahı Azərbaycan üçün çox böyük təhlükələr yarana bilər:
“Təkcə canlı qüvvə üçün deyil, ümumilikdə ölkə ərazisi üçün risklər mövcuddur. Azərbaycan küləklər ölkəsidir. Külək olacağı təqdirdə həmin radiasiya buludu və ya radiasiya təhlükəsi ölkəmizin böyük bir hissəsini, paytaxt da daxil olmaqla, öz təsiri altına ala bilər. Nüvə silahı adi silahlardan onunla fərqlənir ki, adi silah əgər 10 nəfəri, 100 nəfəri sıradan çıxarırsa, hərbçi və ya mülki fərq etməz, nüvə silahı isə minlərlə, on minlərlə, yüz minlərlə insanın həyatına son qoya bilər. Onun gücü kilotonla ölçülür. Yəni çəkisindən və gücündən asılı olaraq nə qədər insan həyatını itirə bilər, bu artıq silahın növündən və istifadə olunduğu məkandan asılıdır. Ola bilsin ki, elə bir yerdə istifadə olunsun ki, itkilərin sayı o qədər də böyük olmasın. Amma Bakı, Gəncə, Sumqayıt kimi böyük şəhərləri təsəvvür etsək, eyni zamanda Tehran, Təbriz, İsfahan və digər böyük şəhərləri nəzərə alsaq, bu, artıq tamam fərqli mənzərə yaradar. Belə olan halda radiasiya buludunun ölkəmizə çatması mümkündür. Yenə də qeyd etmək istəyirəm ki, bizim heç gözləmədiyimiz halda müharibə cənubda getdiyi bir vaxtda biz birdən-birə dronları Naxçıvan istiqamətində gördük. Ona görə bu müharibə qapımızın ağzında getdiyinə görə həmin təhlükə hər an qalır və hər an mövcuddur”.
Nurcan Babək

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 12 Mart 2026 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri