Türkiyə parlamentində gərginlik Türkeşin qızı O, qatil kimi gəbərəcək dedi, ara qarışdı
Mia.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu gün Türkiyə parlamentində büdcə layihəsinin müzakirəsi zamanı böyük gərginlik yaranıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyə Böyük Millət Məclisində 2026-cı il büdcə müzakirələri zamanı İYİ Partiyası ilə DEM Partiyası deputatları üz-üzə gəliblər.
Məlumata görə, buna səbəb İYİ Partiyasının Adanadan deputatı, türk millətçilərinin və Bozqurdların unudulmaz lideri Türkeşin qızı Ayyüce Türkeş Taşla DEM Partiyasının Ağrıdan olan deputatı Sırrı Sakık arasında başlayan polemikanın böyüməsi olub.
Xəbərdə deyilir ki, söz alan Türkeşin qızı hazırda İstanbulun İmralı adasında ömürlük cəzasını çəkən PKK lideri Abdullah Öcalının buraxılmasına eyham vuran DEM partiyalı depututtlara və PKK liderinə qarşı sərt mövqe tutub. O, Öcalanı qatıl adlandırıb: "Qatil, qatil, qatil!. O, qatil kimi də orada gəbərəcək"
Onun bu sözlərdən sonra DEM partiyalı deputatlarla İYİ partiya deputatları bir-birlərinin üzərinə "yeriyiblər".
Firudin Səfərli
MİA.AZ

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 15 Dekabr 2025 16:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















