Türkiyə Qara dənizə gəmi keçidlərini məhdudlaşdırır
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Türkiyə Qara dənizdə gəmilərə qarşı hücumların artmasından sonra kommersiya gəmilərinin bölgəyə keçidini məhdudlaşdırmağa başlayıb.
“Bloomberg” yazır ki, məsələ ilə tanış rəsmilərin məlumatına görə, bu Türkiyə hökümətində Qara dənizdə Rusiya və Ukraynaya məxsus və ya onlarla əlaqəli gəmilərə qarşı hücumların artması ilə bağlı narahatlıqla bağlıdır.
Məlumata görə, Dəniz Təhlükəsizliyi Baş İdarəsi Rusiyanın əsas neft və taxıl ixrac mərkəzlərindən biri olan Novorossiysk limanına gedən bir neçə gəmiyə hazırda boğazlardan keçid üçün icazələrin verilmədiyini bildirib. Bəzi müraciətlərə isə əlavə baxılması üçün daha çox vaxt tələb olunur.
Beləliklə, Türkiyənin Dardanel boğazından Qara dənizə kommersiya gəmiçiliyinə nəzarəti sərtləşdirdiyi bildirilir.
Məhdudiyyətlərin nə qədər davam edəcəyi və bütün kommersiya gəmilərinə, yoxsa yalnız müəyyən istiqamətlərə şamil olunacağı barədə rəsmi açıqlama verilməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 08 Avqust 2026 15:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















