Türkiyə rəsmisi COP29da kənd təsərrüfatının inkişafı strategiyası və fəaliyyət planını təqdim edib AZƏRTAC
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 19 noyabr, AZƏRTAC
Biz iqlim dəyişikliyi ilə bağlı faktiki olaraq bütün aspektlərdə davamlı inkişaf prinsiplərinə əsaslanan siyasətimizi inkişaf etdiririk. Biz yaşıl iqtisadiyyat üçün lazım olan hüquqi, institusional və iqtisadi sistemlərin yaradılmasında irəliləyiş əldə edirik. Mən COP29-da Kənd Təsərrüfatının İnkişafı Strategiyasının, 2023-2027-ci illər üçün Fəaliyyət Planının yaradılmasını elan etməkdən məmnunam.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin kənd təsərrüfatı və meşə təsərrüfatı nazirinin müavini Ahmet Bağçı COP29-da keçirilən panel iclasında məlumat verib.
“Məqsədimiz iqlim dəyişikliyinin təcili problemlərinin həlli və gələcək nəsillər üçün davamlı əkinçilik təcrübələrinin təşviqi məqsədilə kollektiv öhdəliyimizi bir daha təsdiqləməkdir. İqlim dəyişikliyi, bununla bağlı meşələrin qırılması və biomüxtəlifliyin itirilməsi kimi fəlakətlərin bəşəriyyət üçün ciddi təhlükələr yaratdığı artıq geniş şəkildə qəbul edilir.
İqlim davamlılığının artırılması fermerlərin gələcəyi, torpaq, su və qlobal ərzaq təchizatı üçün həyati əhəmiyyət kəsb edir. Torpaq, su və qida milli siyasəti və qlobal münasibətləri formalaşdıran strateji elementlərdir. Türkiyə dünyanın 9-cu ən böyük kənd təsərrüfatı istehsalçısıdır və mövcud su ehtiyatlarının 85 faizi aqrar sektorun payına düşür. Su olmadan, biz kənd təsərrüfatının davamlı inkişafına nail ola bilmərik. Bu səbəbdən kənd təsərrüfatı siyasətimizin mərkəzinə su amilini qoyuruq. Biz də bütün dünya kimi keçid mərhələsindəyik”, - deyə türkiyəli nazir müavini əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 19 Noyabr 2024 13:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















