Icma.az
close
up
RU
Türkiyə Respublikası 102 illiyini qeyd edir

Türkiyə Respublikası 102 illiyini qeyd edir

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Bu gün Türkiyə Respublikasının elan edilməsinin 102-ci ildönümüdür. Məhz 1923-ci ilin bu günündə qazi Mustafa Kamal Atatürkün rəhbərliyi ilə Türkiyə xalqı dünyanın imperialist qüvvələrinin onun ayağına vurmaq istədiyi zəncirləri canı və qanı bahasına qırıb ataraq şanlı tarixinin cümhuriyyət səhifəsini açdı.

Oxu.Az xatırladır ki, Osmanlı İmperiyasında ikinci Məşrutiyyətin elanından altı il sonra Birinci Dünya Müharibəsi başladı.

1914-cü ildə başlayan savaşa dünyanın ən güclü dövlətləri qatıldı. Osmanlı İmperiyası Almaniya ilə müttəfiq olmağa məcbur qaldı. Dörd il davam edən müharibə sonunda Osmanlı İmperiyası və müttəfiqləri məğlub oldu. 30 oktyabr 1918-ci il tarixində imzalanan Mudros atəşkəs sazişi ilə Osmanlı Birinci Dünya Müharibəsindən çıxdı.

Nəticə etibarilə bu atəşkəs boğazlar, dəmir yolları və limanların qalib dövlətlərin nəzarətinə verilməsinə, ölkənin faktiki işğalına gətirib çıxardı. Ölkə Yunanıstan, Fransa və İtaliya arasında işğal bölgələrinə bölündü. Əlavə olaraq, bu anlaşmanın imzalanması 28 may 1918-ci il tarixində qurulan və Osmanlıdan hərbi yardım alan Azərbaycan Xalq Cümhuriyyəti üçün də çox mənfi nəticələr doğurdu. Parisdə baş tutan Sülh Konfransı zamanı - 10 avqust 1920-ci ildə İstanbul hökuməti, Fransa, İtaliya, İngiltərə və Yaponiya arasında Sevr Sazişi imzalandı. Bu yalnız bir anlaşma deyildi, eyni zamanda Osmanlı torpaqlarının sonsuza qədər bölünməsi qərarı idi. Amma içində olduğu bütün çətinliklərə baxmayaraq xalq bu müstəmləkəçiliyi qəbul etmədi, düşmənə təslim olmadı.

Xalqa arxalanan, qüvvətini ondan alan Mustafa Kamal Paşa silah yoldaşlarıyla birlikdə 19 may 1919-cu ildə Samsuna gəldi. Ərzurum və Sivasda gələcək üçün çox mühüm qərarlar qəbul edildi. Mustafa Kamal Paşanın "Tək bir hakimiyyət var, o da milli hakimiyyətdir. Ölkəni yenə millətin öz qüvvəsi qurtaracaq" sözləri qulaqlarda səslənir, qəlblərdəki ümid odunu yenidən alovlandırırdı. Qarşıdan 23 aprel 1920-ci il tarixi gəlirdi. Yurdun dörd bir tərəfindən gələn millət vəkilləri həmin gün Ankarada Böyük Millət Məclisində toplandılar. Məclis Mustafa Kamal Paşanı sədr seçdi. Onun rəhbərliyi ilə qurtuluş savaşı başladı. Tarixdə çox sayda qurtuluş müharibəsi var. Amma türk xalqının qurtuluş müharibəsi parlament tərəfindən aparıldı və nəticədə müstəqil Türkiyə Respublikası quruldu. Bu xalqın demokratiyaya olan inancını bir daha göstərən və dünya ölkələrinə nümunə olan, gələcəyə miras qoyulan unikal tarixi hadisədir.

24 iyul 1923-cü ildə Lozanna sülh müqaviləsinin imzalanmasından sonra yeni dövlətin qurulmasının qarşısında heç bir maneə qalmadı. Qazi Mustafa Kamal Atatürk 28 oktyabr 1923-cü il axşamı yaxın dostlarını Çankayada yeməyə dəvət etdi. Onlara "Sabah Cümhuriyyəti elan edəcəyik" dedi.

Beləliklə də, 29 oktyabr 1923-cü ildə Atatürk millət vəkilləri ilə görüşdükdən sonra layihəsi hazırlanan respublika təklifi Türkiyə Böyük Millət Məclisinə təqdim edildi və təklif qəbul olundu. Atatürk yeni qurulan Türkiyə Respublikasının ilk prezidenti oldu.

Türkiyə Respublikası türk xalqı tərəfindən yaşı min illərə dayanan və çox mühüm hadisələrlə dünya tarixinə öz möhürünü vuran siyasi ağıl, müstəqillik fəlsəfəsi və dövlət anlayışı əsasında quruldu. Bugün 102 yaşını qeyd etdiyimiz Türkiyə Respublikası qazandığı uğurları, gücü və müdafiə etdiyi prinsiplərlə türk dünyası, eyni zamanda dünya xalqları üçün qürur mənbəyidir.

Qazi Mustafa Kamal Atatürk başda olmaqla, müstəqillik üçün canını fəda edən bütün şəhidlərə Allahdan rəhmət diləyir, onları minnətdarlıq və hörmətlə yad edirik. Cümhuriyyət bayramın mübarək olsun, Türkiyə!

Söhrab İsmayıl

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://oxu.az
archiveBu xəbər 29 Oktyabr 2025 06:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see411

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see325

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see320

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see248

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see230

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see230

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see226

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see223

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see209

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see203

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see193

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see191

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see190

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see189

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see184

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see181

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see176

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri