Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Türkiyə Rusiya ilə Ukrayna arasında vasitəçilik edə bilər?

Türkiyə Rusiya ilə Ukrayna arasında vasitəçilik edə bilər?

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, bir müddət öncə ABŞ administrasiyası Ukraynanın NATO-ya üzvlüyü və Vaşinqtonun bu münaqişədəki mövqeyi ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Hazırda ABŞ Kiyevin NATO-ya tamhüquqlu üzv olacağı bir ssenarini real saymır. Eyni zamanda, Ukraynanın ABŞ-ə 500 milyard dollarlıq nadir torpaq elementləri, limanlar və enerji resurslarına çıxış verəcək müqaviləni qəbul etməsini tələb edir.

Bildirək ki, Ukrayna Prezidenti Volodimir Zelenski əvvəlcə ABŞ ilə faydalı qazıntılar üzrə saziş imzalamağa razılaşsa da, ölkəsinə təhlükəsizlik zəmanətlərinin verilməməsi səbəbindən müqavilə ilə bağlı sənədi imzalamqdan imtina edib.

Ekspertlər bildirirlər ki, bu açıqlama Ukraynanın NATO-ya inteqrasiya ümidlərinə ciddi zərbə vurur və münaqişənin gələcək gedişatı ilə bağlı yeni suallar doğurur. Eyni zamanda bu mövqe ABŞ-nin Avropa təhlükəsizlik siyasətindəki strategiyasına dair mühüm siqnal verir.

Qeyd edək ki, bu gün Ukraynada vəziyyət kritik həddədir. Eləcə də ABŞ və Rusiya nümayəndəliərinin Ər-Riyadda keçirilmiş görüşü gözlənildiyi kimi nəticəsiz başa çatıb.

Məhz Səudiyyə Ərəbistanında ABŞ və Rusiya arasında görüşlərin keçirildiyi bir vaxtda Zelenskinin Türkiyəyə səfər edərək Ankaranı da sülh müzakirələrinə daxil etməsi, çox mühüm gediş idi.

Beləliklə, Zelenski Türkiyəni Ukraynanın təhlükəsizliyinə təminat verən ölkələr arasında gördüyünü dilə gətirməklə, ABŞ-ın hazırkı mövqeyi nəticəsində yaranan boşluğu doldurmağa çalışdı. Bu baxımdan, Zelenskinin bu səfəri Türkiyəyə onun Avropa təhlükəsizlik sistemində rolunu və əhəmiyyətini artıran geosiyasi dəyər də qazandırdı.

Maraqlıdır, Türkiyənin vasitəçiliyi münaqişənin həllinə necə təsir edə bilər?

Türkiyəli politoloq, Ankara-Moskva ekspert və analitik şəbəkəsinin aparıcı eksperti Engin Özer “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, hazırda Ukrayna Prezidenti Volodimir Zelenski münaqişənin həllində vasitəçi və qarant ölkə kimi Səudiyyə Ərəbistanının deyil, məhz Türkiyənin çıxış etməsini istəyir:

“Qeyd edim ki, Türkiyə, Rusiya-Ukrayna müharibəsinin başlamasından bəri hər iki tərəflə yaxın əlaqələr saxlayan nadir ölkələrdən biri idi. Həm Rusiya, həm də Ukrayna ilə iqtisadi, enerji və hərbi sahələrdə əməkdaşlıq edən Türkiyə, daha əvvəl də sülh danışıqlarına ev sahibliyi edib.

Xüsusilə 2022-ci ilin mart ayında İstanbulda keçirilən görüşlər tərəflər arasında müzakirələr üçün mühüm platforma olmuşdu. Məhz İstanbulun sülh danışıqları üçün seçilməsi də təsadüfi deyildi.

Şəhərin həm coğrafi mövqeyi, həm də siyasi neytrallığı, tərəflər arasında etimad mühiti yaratmaq baxımından əhəmiyyətli idi. Eyni zamanda, Türkiyə NATO üzvü olaraq Qərb və Rusiya arasında diplomatik körpü rolunu oynayırdı.

Bu gün Volodimir Zelenski İstanbulda keçirilən sülh görüşləri əsasında yenidən danışıqlar aparılmasını istəyir, amma indiki vəziyyətdə bu mümkün deyil. Çünki o dönəmdə şərtlər fərqli idi, məhz son iki ildə cəbhədə vəziyyət ciddi şəkildə dəyişib”.

Onun sözlərinə görə, Türkiyənin yenidən vasitəçi olma ehtimalı zəif görünür:

“Bunun əsas səbəbi Tramp-Putin görüşməsinə ev sahibliyi edən ölkə beynəlxalq diplomatiyada böyük uğur qazanacaq və nüfuz sahibi olacaq. Bu cür fürsət isə Tramp və Putin tərəfindən yalnız müttəfiq bir ölkəyə verilə bilər.

Hazırda Türkiyə hər iki ölkə üçün də tam müttəfiq hesab olunacaq mövqedə deyil. Buna görə də belə bir ehtimalın gerçəkləşəcəyini düşünmürəm. Əslində, Zelenski sadəcə mövcud vəziyyəti dəyişmək istəyir. Ər-Riyadda keçirilmiş görüşə alternativ gediş etmək istəyir, amma bunun reallaşmayacağını özü də yaxşı bilir.

Əlbəttə, Zelenski öz fikirlərini Türkiyənin Xarici İşlər Nazirliyinə çatdırıb, artıq Türkiyənin xarici işlər naziri Hakan Fidan da onun bu tələbini Lavrova deyib.

Bildirim ki, Rusiya artıq Zelenskini ciddi bir tərəf kimi qəbul etmir və məsələni ABŞ-la həll etmək istəyir. Beləliklə də, burada Türkiyənin edə biləcəyi bir şey qalmayıb."

Səbinə Uğur 
"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Fevral 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see655

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see523

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see472

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see345

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see326

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see301

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see278

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see264

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see252

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see243

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see222

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see221

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see218

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see218

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see206

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see205

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see200

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see185

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see175

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri