Icma.az
close
up
RU
Türkiyə səfiri Mətbuat Şurasında olub FOTO

Türkiyə səfiri Mətbuat Şurasında olub FOTO

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Mətbuat Şurasında Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgünlə görüş keçirilib.

Mətbuat Şurasından APA-ya verilən xəbərə görə, səfirin Şuranın İdarə Heyətinin üzvləri ilə tanışlığı məqsədi daşıyan və Türkiyə Səfirliyinin media müşaviri Alptekin Cihangir İşbilirin də qatıldığı görüşdə MŞ sədri Rəşad Məcid qardaş ölkənin ali səviyyəli diplomatik nümayəndəsini rəhbərlik etdiyi qurumla, onun beynəlxalq ələqələri ilə bağlı məlumatlandırıb.

Rəşad Məcid bildirib ki, Azərbaycan və Türkiyə bütün beynəlxalq platformalarda ortaq mövqedən çıxış edir və mövcud tendensiyanın hər iki ölkənin media orqanlarının iş prinsiplərinə də təsirini göstərməsi sevindiricidir, mövcud amil gələcəyə daha nikbin baxmağa əsas yaradır. MŞ sədri bu baxımdan diqqətçəkən cəhətlərdən söz açaraq vurğulayıb ki, müştərək maraq və mənafelərin jurnalistika müstəvisində də qorunması strateji əhəmiyyət daşıyan məsələdir.

Səfir Birol Akgün çıxışında Türkiyənin media təcrübəsinə dair məlumatını bölüşüb. O, eyni zamanda, rəhbərlik etdiyi diplomatik missiyanın Azərbaycan jurnalistləri ilə əlaqələrindən söz açıb, media amilinin dövlət siyasətlərinin məzmununda oynadığı rolu qabardıb. B.Akgün, həmçinin, ümumən Səfirliyin ölkəmizin ictimai sektoru ilə təmaslara böyük önəm verməsinin müxtəlif tərəflərinə dair baxışlarını açıqlayıb.

Görüşdə Mətbuat Şurasının İdarə Heyətinin üzvlərindən – Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, "APA Media Group"un baş direktoru Vüsalə Mahirqızı, Milli Məclisin deputatı, “İki sahil qəzeti”nin baş redaktoru Vüqar Rəhimzadə, Bayraqdar Media-nın rəhbəri Azər Həsrət, politoloq Yeganə Hacıyeva, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı və başqaları Türkiyənin və Azərbaycanın mediası orqanlarının müştərək fəaliyyətlərinin gücləndirilməsinə yönələn təşəbbüslərini səsləndiriblər. Toplantıda qarşılıqlı informasiya mübadiləsinin artırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://apa.az
archiveBu xəbər 29 Aprel 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see289

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see239

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see230

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see209

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see197

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see179

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see179

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see176

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see164

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see163

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see162

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see158

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see153

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see151

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see147

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see146

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see145

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see144

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri