Icma.az
close
up
RU
Mətbuat Şurasında dəyirmi masa keçirildi FOTO

Mətbuat Şurasında dəyirmi masa keçirildi FOTO

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə "İnformasiya müharibəsi: COP29 ərəfəsində Azərbaycana qarşı informasiya hücumlarının məqsəd və mahiyyəti” mövzusunda dəyirmi masa keçirilib.

Redaktor.az xəbər verir ki, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid informasiya təhlükəsizliyinin milli təhlükəsizliyin bir halqası kimi mühüm əhəmiyyətə malik olduğunu bildirib: “Xüsusilə də COP29 ərəfəsində Azərbaycana qarşı aparılan informasiya müharibəsinin daha çox şahidi oluruq. Yanlış xəbərlərin vaxtında yalanlanması, ifşası ümumi prosesə müsbət təsir göstərir, bunun qarşısının alınması baxımından medianın üzərinə mühüm məsuliyyət düşür".

BDU rektoru Elçin Babayev isə qeyd edib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Bakıda keçirilməsi ölkəmizə dünya dövlətlərinin, beynəlxalq təşkilatlarının etimadının bariz nümunəsidir. Bu gün Azərbaycan COP29 konfransının ən yüksək səviyyədə təşkili üçün bütün imkanlarını səfərbər edib. Lakin Azərbaycan dövlətinin əldə etdiyi uğurlar, beynəlxalq arenada nüfuzunun gündən-günə artması, qlobal təşəbbüslərin əsas iştirakçılarından birinə çevrilməsi, bədxah qonşularımız da daxil olmaqla, bir sıra xarici qüvvələri qıcıqlandırır: “Bəzi dövlətlər və beynəlxalq təşkilatlar bizim bu uğurları, xüsusilə də 44 günlük Vətən müharibəsində əldə etdiyimiz böyük Zəfəri, ərazi bütövlüyümüzün, suverenliyimizin bərpa olunmasını həzm edə bilmir. BMT-nin məlum 4 qətnaməsini beynəlxalq təşkilatların deyil, Azərbaycanın özünün təkbaşına icra etməsi bədnam qonşularımızın hamilərini narahat edir. Bunun nəticəsidir ki, beynəlxalq hüquq prizmasından heç bir təsir edə bilməyən bu dairələr ölkəmizə qarşı informasiya hücumlarına başlayır, dezinformasiyalar dövriyyəyə buraxır. Xüsusilə COP29 ərəfəsində aktivləşən müxtəlif siyasi dairələrdən edilən bu hücumlar, təhdidlər, çirkin kampaniyalar bizi qarşımızda duran hədəflərdən yayındırmaq, ölkəmizin artan nüfuzuna kölgə salmaq məqsədi daşıyır. Azərbaycanla bağlı qərəzli və həqiqətə uyğun olmayan məlumatların məqsədyönlü şəkildə yayılması ölkəmizə qarşı hibrid təhdidlərin təşkilini hədəf götürüb. İqlim dəyişmələri, ətraf mühitin mühafizəsi, ekoloji problemlər, hava çirklənməsi ilə bağlı olan bu beynəlxalq tədbiri bütün vasitələrlə siyasiləşdirməyə çalışırlar. Ölkəmizə qarşı hibrid təhdidlərlə, o cümlədən dezinformasiya xarakterli məlumatların yayılması, kiberhücumlar, sosial şəbəkələrdə qarayaxma kampaniyaları ilə mübarizə aparmağımız təhlükəsizlik baxımından böyük əhəmiyyət kəsb edir. Bütün bu hücumların, təhdidlərin qarşısının alınması istiqamətində əməli addımların atılması vacib edir. BDU ilə Mətbuat Şurasının birgə təşkil etdiyi bugünkü dəyirmi masa son günlər xüsusilə 

intensivləşən informasiya hücumlarının qarşısının alınması, zərərsizləşdirilməsi baxımından vacib bir tədbirdir”.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Vüqar Rəhimzadə ölkə mediasının COP29 ərəfəsində Azərbaycana qarşı təşkil edilən informasiya hücumlarına Vətən müharibəsində olduğu kimi, vahid platforma ətrafında birləşərək cavab verməli olduğunu diqqətə çatdırıb.

Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli deyib ki, ölkəmizə qarşı informasiya müharibəsi daim baş verir, buna görə də həm cəmiyyət, həm də mətbuat ayıq-sayıq olmalıdır: “Ölkəmizin ev sahibliyi etdiyi bütün vacib tədbirlər ərəfəsində Azərbaycana qarşı oxşar kampaniyalar olur. 2024-cü il başlayandan bu hücumlar daha da intensivləşib. Ölkəmiz həm sosial şəbəkələr üzərindən dezinformasiya hücumlarının, həm də Qərb ölkələrinin "peşəkarlıqla" hazırladıqları informasiya manipulyasiyalarının hədəfindədir. Bütün bunların qarşısını almaq üçün ölkə mediasının iqtisadi müstəqilliyini gücləndirmək lazımdır. Azərbaycanın haqq səsini yalnız ölkəmizin güclü mediası dünyaya çatdıra bilər”.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı isə informasiya manipulyasiyalarına məruz qalan insanlarla iş aparmağın zəruri olduğunu bildirib. O, media savadlılığı ilə bağlı orta məktəblərdə xüsusi dərslərin keçilməsinin, hələ gənc yaşlardan sosial mediada, internetdə düzgün mənbələrlə işləmək qaydalarının öyrədilməsinin vacib olduğunu deyib.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, BDU-nun Jurnalistika fakültəsinin dekanı, Şura sədrinin müavini Vüqar Əliyev, Milli mətbuat tarixi kafedrasının müdiri Cahangir Məmmədli, Multimedia və elektron kommunikasiya kafedrasının müdiri Qulu Məhərrəmli çıxışlarında qeyd ediblər ki, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi uğurdan, bu bölgədəki planların üzərindən xətt çəkilməsindən narahat olan qüvvələr COP29 tədbirinin Azərbaycanda keçirilməsindən narahatlıq keçirirlər. Diqqətin Azərbaycana yönəldiyi belə həssas dövrdə ölkəmizi ləkələməyə, beynəlxalq ictimaiyyətdə mənfi imic formalaşdırmağa çalışırlar. Bunun qarşısını almaq üçün cəmiyyətin və medianın dezinformasiyalara qarşı daha diqqətli olmaları və mübarizə aparmaları lazımdır.

Dəyirmi masanın sonunda tədbir iştirakçılarının adından xarici ölkələrə, müxtəlif beynəlxalq qurumlara birgə bəyanatın göndərilməsi barədə qərar qəbul olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 07 Noyabr 2024 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see259

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see247

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see244

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see238

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see232

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see229

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see219

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see216

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see215

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see210

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see204

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see188

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see181

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see179

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see179

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see178

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see159

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see158

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see154

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri