Türkiyə səfiri: Türkmənistanın Azərbaycana məscid hədiyyə etməsi atalarımızın adətinə uyğundur
Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Getdiyi yeri dirçəltmək türklərin qədim adətidir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Türkmənistan tərəfindən Azərbaycan xalqına hədiyyə olunmuş məscidin Füzuli şəhərində təməlqoyma mərasimi münasibətilə keçirilən brifinqdə deyib.
O qeyd edib ki, bu həftə önəmli hadisə ilə diqqət çəkdi.
"Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşü çərçivəsində liderlərin birgə şəkli hamımızı qürurlandırdı. Bizim adət-ənənəmiz getdiyimiz yeri bərpa və inşa etmək, getdiyimiz yerə sevinc qatmaqdır. Ən böyük sevinc isə mənəvi dinamika yaratmaqdır. Qardaş ölkələrin bir-birinə belə gözəl hədiyyələr verməsi əsl atalarımızın adətinə uyğundur. Türkmənistanın Azərbaycana məscid hədiyyə etməsi bu mənada çox önəmlidir. Türk birliyi, bərabərliyi daimi olsun", - diplomat vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 10 Oktyabr 2025 18:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















