Türkiyə şirkəti Sumqayıt Kimya Sənaye Parkına 9 milyon manat pul yatıracaq
Icma.az, Report.az portalına istinadən məlumat yayır.
Türkiyə kapitallı “Eurotec Group” MMC-yə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib.
“Report” İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir ki, bununla da Parkın rezidentlərinin sayı 42-yə çatıb.
Parkının 2 hektar ərazisində ildə 200 min ədəd metal çəllək istehsal etmək gücündə olan zavodun qurulması nəzərdə tutulur. İnvestisiya dəyəri 9 milyon manat olan müəssisədə 120 nəfərlik daimi iş yeri yaradılacaq.
Belçika texnologiyasından istifadə ediləcək müəssisədə istehsal olunacaq məhsulların daxili bazarda satışı ilə yanaşı, ixracı da planlaşdırılır.

Sumqayıt Kimya Sənaye Parkına 6 milyard manata yaxın investisiya qoyuldu
30 İyul 2025 13:44
Prezident Sumqayıt Kimya Sənaye Parkında
30 Aprel 2025 18:21
Prezident Sumqayıt Kimya Sənaye Parkında Foto
30 Aprel 2025 14:20
Sumqayıt Kimya Sənaye Parkının ərazisi genişləndiriləcək
11 Avqust 2025 14:28

