Türkiyə şirkətlərinin azad olunmuş ərazilərdə icra etdiyi layihələrinin dəyəri 5 milyard dollardır
Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ümumilikdə 20-yə yaxın Türkiyə şirkəti azad olunmuş ərazilərdə 50-ə yaxın layihə icra edir və bu layihələrin dəyəri təqribən 5 milyard dollardır.
"APA-Economics" xəbər verir ki, bunu Baş nazir Əli Əsədov II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda deyib.
Baş nazir bildirib ki, ölkəmizin xüsusi iqtisadi zonalarında biznesin həyata keçirilməsi üçün hər cür əlverişli şərait yaradılıb:
"İnvestorlar üçün cəlbedici şərtlər təklif edən Ələt Azad İqtisadi Zonasını xüsusi qeyd etmək istərdim. Bir sıra Türkiyə şirkətləri artıq sözügedən xüsusi iqtisadi zonalarda fəaliyyət göstərir. Burada investisiya qoyuluşu üzrə əməkdaşlıq üçün yaxşı perspektivlər görürük. Odur ki, Türkiyə şirkətlərini daha fəal olmağa dəvət edirik", - Baş nazir qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 23 Dekabr 2025 10:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















