Türkiyə Təhlükəsizlik Şurasının iclasında Azərbaycan Ermənistan sülh prosesi müzakirə edilib
Moderator.az saytına istinadən Icma.az xəbər verir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.
Moderator.az "Haber Global"a istinadən xəbər verir ki, toplantıda bir sıra daxili və regional məsələlərlə yanaşı, Azərbaycan və Ermənistan arasında sülh prosesində son dövrdə əldə olunan müsbət nailiyyətlər fonunda ikitərəfli və regional əməkdaşlıq imkanları müzakirə edilib.
Türkiyənin Cənubi Qafqazda sülh və sabitliyin bərqərar edilməsi, həmçinin inkişafın təmin olunmasına dair iradəsi bir daha vurğulanıb.
İclasda Rusiya-Ukrayna müharibəsindəki son vəziyyət dəyərləndirilib, gərgin hadisələr fonunda diplomatik həll yollarının əhəmiyyəti vurğulanıb, Türkiyənin davamlı və ədalətli sülhün təmin olunması üçün beynəlxalq tərəfdaşlarla birgə səylərini davam etdirəcəyi diqqət yetirilib.
Bununla yanaşı, iclasda "Terrorsuz Türkiyə" təşəbbüsü, Suriyada daxili vəziyyət, Qəzzada atəşkəs, Sudanda baş verən hadisələr ətrafında fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 26 Noyabr 2025 21:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















