“Türkiyə terror təşkilatlarının Suriyanın şimalına sığınmasına icazə verməyəcək”
Missiya.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Türkiyə terror təşkilatlarının Suriyanın şimalına sığınmasına icazə verməyəcək və bununla bağlı tədbir görməkdən çəkinməyəcək”.
Missiya.Az “TRT HABER”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İndoneziya və Pakistan səfərlərindən qayıdarkən təyyarədə jurnalistlərə müsahibəsi zamanı deyib.
Ərdoğan bildirib ki, bu ayın əvvəlində Ankarada Suriyanın müvəqqəti Prezidenti Əhməd əş-Şaara ilə görüşündə həmin təşkilatlara qarşı atılacaq addımları müzakirə edib.
Onun sözlərinə görə, Suriyanın gələcəyi və ərazi bütövlüyü üçün atılacaq addımlar təkcə Suriyanın daxili vəziyyəti deyil, həm də Türkiyənin təhlükəsizliyi üçün böyük əhəmiyyət kəsb edir.
“Terrorçu təşkilatların atdığı addımlara heç bir tolerantlıq göstərməyəcəyik", - deyə siyasətçi əlavə edib.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 14 Fevral 2025 16:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















