Icma.az
close
up
RU
Türkiyə Üç Dəniz Təşəbbüsündə “strateji tərəfdaş” olub

Türkiyə Üç Dəniz Təşəbbüsündə “strateji tərəfdaş” olub

Icma.az, Azertag portalına istinadən məlumat verir.

İstanbul, 29 aprel, Günel Karatepe, AZƏRTAC

Türkiyə Baltik, Adriatik və Qara dənizləri əhatə edən ölkələrin başladığı Üç Dəniz Təşəbbüsündə (ÜDT) “strateji tərəfdaş” statusu ilə yeni bir öhdəlik götürüb. Təşəbbüs Orta və Şərqi Avropada enerji, nəqliyyat və rəqəmsallaşma sahələrindəki infrastruktur çatışmazlıqlarının aradan qaldırılmasını hədəfləyir.

AZƏRTAC xəbər verir ki, Xarici İşlər Nazirliyindən əldə edilən məlumata görə, Türkiyənin “strateji tərəfdaşlıq” müraciəti ÜDT-nin aprelin 28-də və 29-da Varşavada keçirilən X Zirvə görüşündə iştirakçı ölkələr tərəfindən qəbul olunub. Ölkələrin təşəbbüsə istənilən statusda üzvlük müraciətinin qəbulu iştirakçı üzvlərin yekdil razılığı ilə mümkündür.

ÜDT-nin ötən il aprelin 11-də Vilnüsdə keçirilən IX Zirvəsində Türkiyə ilə yanaşı, Birləşmiş Krallıq, Finlandiya, Monteneqro, İspaniya və İsrail “xüsusi qonaq” statusu ilə iştirak ediblər. ÜDT 2015-ci ildə Polşa və Xorvatiyanın təşəbbüsü ilə Baltik, Adriatik və Qara dənizlərini əhatə edən, nisbətən köhnə və qeyri-kafi enerji, rəqəmsal və fiziki nəqliyyat infrastrukturuna malik Orta və Şərqi Avropa ölkələrinin infrastrukturunu, eləcə də qarşılıqlı əlaqəsini gücləndirmək məqsədilə yalnız Avropa İttifaqı (Aİ) ölkələrinin “iştirakçı üzv” ola bildiyi beynəlxalq bir platforma kimi yaradılıb. Bu platforma Türkiyənin enerji, nəqliyyat və rəqəmsal infrastruktur sahələrində qurmağa çalışdığı qarşılıqlı əlaqə layihələrini ikitərəfli əməkdaşlıqdan çoxtərəfli bir səviyyəyə daşımaq imkanı yaradacaq.

Təşəbbüs daxilində yalnız Aİ ölkələrindən ibarət “iştirakçı üzvlər”, layihələrə maliyyə dəstəyi və ya siyasi prestij qata biləcək ölkə və qurumlardan ibarət “strateji tərəfdaşlar”, eləcə də Ukrayna və Moldova kimi gələcəkdə daha aktiv şəkildə platformaya inteqrasiya olunması nəzərdə tutulan “ortaq iştirakçılar”dan ibarət üç müxtəlif status mövcuddur. Bu təşəbbüs çərçivəsində Türkiyə iqtisadi inkişaf, yeni infrastruktur yatırımları və enerji təhlükəsizliyini prioritet olaraq ön plana çıxarır. Bundan əlavə, Ukraynanın yenidən qurulması və infrastrukturun bərpası da platformanın əsas gündəm mövzularından biri olacaq. Həmçinin konkret layihələrdə irəliləyiş əldə edilməsi məqsədilə bu təşəbbüsün mühüm tərəflərindən biri də özəl sektorla olan əməkdaşlıqdır. Belə ki, hər zirvə ilə paralel olaraq işgüzar forumlar da təşkil edilir.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu təşəbbüs çərçivəsində Türkiyənin iştirakı ilə inşa ediləcək layihələr barədə açıqlama verib. Bildirilib ki, Litvanın Klaipeda limanından başlayaraq Polşa, Slovakiya, Macarıstan, Rumıniya və Bolqarıstan üzərindən Türkiyəyə qədər uzanan bir nəqliyyat dəhlizi qurulacaq.

“Üç Dəniz Təşəbbüsü Avropa İttifaqı ilə olan əlaqələrimizin artırılmasına və daşıma fəaliyyətlərimizin inkişafına müsbət təsir göstərəcək. Layihə çərçivəsində həyata keçiriləcək “Via Carpatia” avtomobil yolu ilə Yaxın Şərqdən Avropaya uzanan ticarət yolları Türkiyə vasitəsilə birləşdiriləcək”, - deyə nazir bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Aprel 2025 20:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see513

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see251

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see238

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see228

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see228

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see214

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see209

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see196

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see196

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see188

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see187

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see186

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see182

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see178

Azərbaycanda bu valyutalar bahalaşdı Rəsmi

09 Oktyabr 2026 09:13see178

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see178

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see174

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see174

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see170

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri