Türkiyə üzv olmasa, AB ağırlıq mərkəzi olmayacaq Ərdoğan
Icma.az, Axar.az portalına istinadən məlumat verir.
Avropa Birliyinin (AB) Türkiyəyə ehtiyacı Ankaranın AB-yə ehtiyacından daha çoxdur.
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasından sonra deyib.
“Bu gün Avropanın Türkiyəyə olan ehtiyacı daha çoxdur. Sabah bu ehtiyac daha da artacaq. Son zamanlar Avropa tərəfinin Türkiyənin qitədəki mövqeyi ilə bağlı başlatdığı müzakirələrin şahidi oluruq. Vəziyyəti aydınlaşdırmağa məcburuq: məsələ bu gün Ankaranın mövqeyində deyil, Brüsselin gələcək dünyada harada yer almaq istədiyindədir. Artıq aydın olmalıdır ki, Türkiyənin tamhüquqlu üzvü olmadığı AB qlobal oyunçuya və ya ağırlıq mərkəzinə çevrilə bilməz”, - Ərdoğan vurğulayıb.
Onun sözlərinə görə, AB-nin Türkiyəyə qarşı strateji uzaqgörənliyi çatışmır:
“Lakin Brüsseldə unutmamalıdırlar ki, Türkiyə artıq əvvəlki ölkə deyil və dünya da əvvəlki kimi yalnız Qərb dövlətlərinin təsir dairəsi ilə məhdudlaşmır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:176
Bu xəbər 05 May 2026 00:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















